Problemli kreditlərlə bağlı bankların rəhbər şəxsləri təcili görüşə çağırılıb


Problemli kreditlərlə bağlı bankların rəhbər şəxsləri təcili görüşə çağırılıb


Bu gün saat 17:00-da Azərbaycan Beynəlxalq Bankı ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) növbədənkənar Ümumi Yığıncağı keçiriləcək. Kommersiya banklarının rəhbər şəxsləri yığıncağa çağırılıb.



AFN "Marja"ya istinadən xəbər verir ki, yığıncaqda bank sektorunun cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulur.

Yığıncaqda əsas müzakirə mövzusunun problemli kreditlər məsələsinin dövlət tərəfindən həll edilməsi məsələsinin olacağı ehtimal edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu