Oliqarx deputat təhlükəli layihələrinin icrasına necə icazə alır?- Ağalar Vəliyevin “Kristal Abşeron”u narazılıq yaratdı

Xəbərin çap versiyası
Tarix: 2-03-2019, 20:14    |    Xəbər oxunub: 650 dəfə
Oliqarx deputat təhlükəli layihələrinin icrasına necə icazə alır?-


Son günlər sosial şəbəkələrdə və mətbuatda deputatın tikinti şirkəti ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Deputat Ağalar Vəliyevə məxsus “Kristal Abşeron” şirkəti müxtəlif ərazilərdə apardığı tikinti ilə sakinlərin həyatı üçün təhlükə yaratmaqda davam edir.



Bir neçə gündür şirkətin Xırdalanda inşa etdirdiyi binalar müzakirə mövzusudur. Çünki şirkət tərəfindən inşa edilən 4 hündürmərtəbəli bina dəmiryolu xəttindən təxminən 2-3 metr məsafədədir.

Sakinlər demokrat.az-a müraciət edərək qatarlar hərəkət edərkən binada silkələnmə olduğunu bildiriblər. Həmçinin qeyd ediblər ki, ərazidə heç bir təhlükəsizlik tədbirləri görülməyib. Sakinlər azyaşlı uşaqların hər an təhlükə ilə üzləşə biləcəyini deyirlər.

Bildirək ki, dəmiryolunun kənarında tikilən binaların müzakirə mövzusu olması heç də əsassız deyil. Çünki illərdir dəmriyolu xətlərinin kənarlarındakı fərdi yaşayış evlərinin köçürülüməsi ilə bağlı müzakirələr aparılır. Məsələn, Bakının Nizami rayonu Keşlə qəsəbəsində yerləşən və “Şanxay” kimi bilinən ərazi, həmçinin Sabunçu, Bakıxanov qəsəbələrinin müxtəlif hissələrində dəmiryolu kənarında tikilən fərdi yaşayış evlərində hələ də yaşayış var. İllərdir dövlət rəsmiləri tərəfindən həmin sakinlərin köçürüləcəyi ilə bağlı açıqlamalar verilsə də hələki yekun qərar yoxdur.

Belə olan halda, yəni fərdi yaşayış evlərinin köçürülməsi planlaşdırıldığı halda necə ola bilər ki, hündürmərtəbəli binalar dəmiryolunun tam kənarında tikilir? Yəqin ki, bu suala başda ixtisasca inşaat mühəndisi olan deputat və tikintiyə icazə verən müvafiq qurumlar cavab verməlidir…

Deputatın qalmaqallı tikinti şirkətinin başqa bir özbaşınalığı “Azadlıq” metrostansiyasının çıxışında, məhv edilən parkın ərazisindədir.
İcazəni vaxtı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı olarkən rayonun yaşıllıqlarına qənim kəsilən Xaləddin İsgəndərovdan alan deputat burada da hündürmərtəbəli bina inşa etdirir.

Tikinti işləri başlayan zaman hasara alınan əraziyə məlumat lövhəsi asılmamışdı. Həmin ərəfədə musavat.com olaraq icra hakimiyyəti ilə əlaqə saxlayıb parkın ərazisində aparılan tikinti ilə maraqlanmışdıq. İcra hakimiyyətindən qısaca olaraq ərazidə dövlət əhəmiyyətli tikinti aparıldığını bildirmişdilər. Amma sonradan məlum oldu ki, “dövlət əhəmiyyətli tikinti” deputatın binası imiş. Həmin ərazidə bir neçə ağac kəsilərək məhv edilib, bir neçə ağac isə hasarlar arxasında “qurumağa” başlayıb.

Oliqarx deputat təhlükəli layihələrinin icrasına necə icazə alır?-


“Kristal Abşeron” bu binanın tikintisi zamanı da təhlükəsizlik tədbirlərini heçə sayıb. Müşahidələrimiz onu deməyə əsas verir ki, gün ərzində piyadaların və avtomobillərin hərəkət etdiyi ərazidə hər an təhlükəli vəziyyətlə üz-üzə qalmaq mümkündür.

Şirkət üzərinə düşən təhlükəsizlik tədbirini görmək əvəzinə sürücülərə xəbərdarlıq edir. Tikintinin hasarına qırmızı hərflərlə yazılıb ki, sürücülər maşını kənarda saxlamalıdır, əks halda maşınlara dəyəcək zərərə cavabdeh deyillər. Halbuki həmin ərazi ödənişli dayanacaqdır…
Oxucular və həmin ərazidə yaşanlar üçün sual yarana bilər ki, necə olur ki, metro çıxışında hündürmərtəbəli binanın tikintisinə icazə verilir?
Bu sualımıza cavab axtarmaq üçün də araşdırma apardıq. Məlum oldu ki, deputat tikinti aparmaq üçün aidiyyatı qurumlardan lazım olan rəsmi sənədləri əldə edə bilib.

Bina nə metronun keçidi, nə də metro tunelinin üzərində tikilib

“Bakı Metropoliteni” QSC-dəki mənbələrdən tikinti ilə bağlı bir neçə maraqlı məlumat da öyrənə bildik. Məlumata görə, metropoliten əvvəlcə ərazidə tikinti aparılmasına etiraz edib. Lakin “metrostansiyanın çıxışında hər hansı tikinti aparmaq qadağandır” demək üçün “Bakı Metropoliteni” QSC-nin istinad edəcəyi qanun yoxdur. Ona görə də metropoliten bu məsələdə israr edə bilməyib. Həm də icra başçısı Xaləddin İsgəndərovun razılığı və deputatın müvafiq qurumlarla “hesablaşması” tikintiyə yaşıl işıq yandırıb.

Ancaq tikinti metropolitenin nəzarəti ilə həyata keçirilib. Belə ki, bina metronun keçidindən kifayət qədər məsafədə inşa edilib. Amma göydələnin tam altından metro tuneli keçir. Buna baxmayaraq binanın sütunları tunelin kənarlarına düşdüyü üçün təhlükəli hesab edilmirmiş.
Mənbənin bildirdiyinə görə tikinti işləri başlayandan sonra nəzərdə tutulmayan problemlər üzə çıxıb. Belə ki, binanın su və kanalizasiya xətlərinin, avtomobil dayanacağının tikintisi üçün aparılan qazıntı işlərindən sonra tunelə tullantı suaları axmağa başlayıb. Bu problemin həlli üçün müxtəlif işlər görülsə də tam nəticə əldə edilməyib.

Sonda onu da qeyd etmək lazmdır ki, bu qeyd edilən özbaşınalıqlarda mühəndis deputatla yanaşı bunlara göz yuman aidiyyatı qurumlar da məsuliyyət daşıyır.

Oliqarx deputat təhlükəli layihələrinin icrasına necə icazə alır?-

Oliqarx deputat təhlükəli layihələrinin icrasına necə icazə alır?-

Oliqarx deputat təhlükəli layihələrinin icrasına necə icazə alır?-

Oliqarx deputat təhlükəli layihələrinin icrasına necə icazə alır?-

Oliqarx deputat təhlükəli layihələrinin icrasına necə icazə alır?-


Mənbə: Musavat.com




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma-

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma- Ankarada ödül alanlar arasında Aqil Ələsgər də var

74 milyard dollarlıq şübhəli mülklər tapıldı:

74 milyard dollarlıq şübhəli mülklər tapıldı: sahibləri kimlərdir?

Azercell əmək sərgisində iştirak edib

Azercell əmək sərgisində iştirak edib

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi:

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi: “Trampın uğursuz açıqlaması...”

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

Sabah 17 dərəcə isti olacaq

Sabah 17 dərəcə isti olacaq

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara  və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

“Azercell

“Azercell" “Ən yaxşı mobil operator” adına layiq görülüb

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur