Eldar Əzizov Abdin Fərzəliyevi “tənqid atəş“inə tutdu- İcra başçısı iclası nümayişkaranə şəkildə tərk etdi

Xəbərin çap versiyası
Tarix: 15-03-2019, 15:49    |    Xəbər oxunub: 924 dəfə
Eldar Əzizov Abdin Fərzəliyevi “tənqid atəş“inə tutdu-


Bakının mərkəzində, Nərimanov rayonunda bir çox küçələrin bərbad vəziyyətdə olması Bakı merinin iradına səbəb olub və bu irad Nərimanovun başçısının heç də xoşuna gəlməyib.



Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edildikdən sonra ilk işi paytaxt meriyasının daxilində islahatlar həyata keçirtmək oldu. Özünə yeni komanda formalaşdıran Bakının icra başçısı paytaxtın küçələrini gəzir və abadlıq işlərinə də bəzən şəxsən özü nəzarət edir.

Bir neçə gün öncə Eldar Əzizovun yanında keçirilən iclasda heç kəsin gözləmədiyi halda Abdin Fərzəliyevin rəhbərlik etdiyi Bakının Nərimanov rayonununu tənqid “atəş”inə tutub.

Eldar Əzizovla münasibətləri çox yaxşı olan Abdin Fərzəliyevin paytaxt merinin bu hərəkətindən “şok vəziyyətə” düşdüyü bildirilir. Adının çəkilməsini istəməyən İcra Hakimiyyətindəki mötəbər mənbənin iddiasına görə Eldar Əzizovun Nərimanov rayonunu “tənqid atəş”inə tutmasının səbəbi Abdin Fərzəliyevin icra başçısı oduğu rayonundakı əksər küçələrin bərbad halda olması ilə bağlı olub.

Bakı merinin iradına cavab olaraq Abdin Fərzəliyev həmin küçələrdə pilot layihə tikinti işlərinin həyata keçirildiyi üçün ağır tonnajlı avtomobillərin daim hərəkət etdiyini və buna görədə bərbad vəziyyətin yarandığını deyib. Abdin Fərzəliyevin verdiyi cavabı qənaətbəxş hesab etməyən Eldar Əzizov Nərmanov İcra Hakimiyyəti rəhbərliyini məsuliyyətsizlikdə günahlandırıb.

Bakı merindən bu cür tənqidə dözümsüzlük nümayiş etdirən Abidin Fərzəliyev nümayişkaranə bir şəkildə iclası tərk edib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə:Azfakt.com




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Kabildə toy mərasimində partlayış olub:

Kabildə toy mərasimində partlayış olub: 63 ölü, 183 yaralı

Atəşkəs bu gecə də pozulub

Atəşkəs bu gecə də pozulub

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı -

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı - FOTO

Göyçayda toy karvanında qəza:

Göyçayda toy karvanında qəza: 6 yaralı var

Vilayət Eyvazovdan yeni təyinatlar

Vilayət Eyvazovdan yeni təyinatlar

Jurnalist təyyarə qəzasında öldü

Jurnalist təyyarə qəzasında öldü

Etibar Pirverdiyevin şirkəti dar ayaqda -

Etibar Pirverdiyevin şirkəti dar ayaqda - "Bağda ərik qurtardı..."

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur