“Ştutqart”da vətəndaşları belə aldadırlar- Zəmanət yox, geri qaytarma yox…

Xəbərin çap versiyası
Tarix: 25-03-2019, 14:56    |    Xəbər oxunub: 607 dəfə
“Ştutqart”da vətəndaşları belə aldadırlar-


Uzun illərdir ölkənin avto ehtiyat hissələrinin satışı sahəsində diqqətsizlik və pərakəndəlik hökm sürür. Bu vəziyyətdən yararlananlar bəzi işbazlar, itirən isə yararsız ehtiyat hissəsi alan vətəndaşlardır. Sözün həqiqi mənasında bu sahədə ciddi problemlər mövcuddur.



Bu vəziyyətdən istifadə edənlər də bir tərəfdən zərbə vurmaqla məşğuldur. Məsələn, “Ştutqart” Mağazalar Şəbəkəsi…Reklamları ilə qulaq deşən bu şirkətdə vəziyyət heç də ürəkaçan deyil. Daha doğrusu, avazları yaxşı gəlir, oxuduqları Quran deyil…

“Ştutqart”da eyni ehtiyyat hissəsindən bir neçə firmanın məhsulu satışda var. Fərqli qiymətlərdə, daha doğrusu bir-birindən 30-50 faiz ucuz və ya baha alıcıya təqdim edilir. Əsas sual da elə bu zaman yaranır. Eyni işi həyata keçirən ehtiyat hissəsi nədən fərqli qiymətlərdə satılır.

Bildirilir ki, firma fərqləri var. Biri guya orjinaldır, diğərləri “belə də” işləyə də bilər işləməyə də. Şirkət əməkdaşları açıq formada bildirir ki, orjinal olmayan ehtiyat hissəsi çox vaxt işləmir. Elə isə sual yaranır. – Nədən işləməyən ehtiyat hissələri alıcıya təklif edilir? Yaxud nədən bu məhsulu ölkəyə gətirirlər? Satıcılar deyir ki, orjinal məhsullar baha olduğundan alıcılara diğər firma malları təklif olunur. Əcəba, o ehtiyat hissəsi işləmirsə, nədən bu təklifi edirsiz? Bəs sonra nə baş verir? 50 manat verib aldığın ehtiyyat hissəsi işləmirsə, sonra nə olur? Qaytarılırmı?

“Ştutqart” Mağazalar Şəbəkəsində ehtiyat hissələrinə nə zəmanət verilir, nə də qaytarılır. Şirkət əməkdaşları bildirir ki, belə tapşırığı rəhbərlik qoyub. Alınan məhsullar geri qaytarılmır…

Bu isə Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun pozulması deməkdir. Nəzərə alsaq ki, “Ştutqart” Mağazalar Şəbəkəsi Azərbaycanda fəaliyyət göstərən şirkətdir və bu şirkətin rəhbəri ölkə vətəndaşıdır, hətta Millət Vəkilidir, o zaman nədən ölkə qanunlarını kobud şəkildə pozurlar. Bunun adı nədir?

Odur ki, kiçik bir xatırlatma edək…

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda deyilir: “Əgər alınan mal istehlakçının tələblərinə cavab vermirsə, 14 gün müddətində qaytarıla və ya dəyişdirilə bilə. Belə ki, istehlakçının bəyəndiyi başqa mal varsa, dəyişdirilə bilər, yoxdursa, istehlakçı malı qaytara bilər”.

Sözügedən qanunun 15-ci maddəsinin 2-ci bəndində isə malı qaytarmaqla bağlıdır: “Malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir”.

Yalnız bir sıra mallar var ki, onlar geri qaytarılmayan və dəyişdirilməyən mallar siyahısındadır. Bu malların siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Bura qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, dəsmallar, haşiyələr), parfümer-kosmetika malları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət kimyası malları, şəxsi gigiyena əşyaları, diş fırçaları, daraqlar, biqudilər və s., uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadə olunmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarlar, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları daxildir.

Qeyd edək ki, hökumətin istehlakçılarla bağlı sahədə siyasətini İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirir.

Konkret faktlarla yaxın günlərdə növbəti yazını oxuyacaqsınız…

Mənbə: Bizimxeber.az




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Saleh Məmmədovun gördüyü iş:

Saleh Məmmədovun gördüyü iş: Şəkidə analoqu olmayan yol (FOTO)

Gömrükdə tender müəmması

Gömrükdə tender müəmması

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

3 ay əvvəl açılışı olan park baxımsız vəziyyətdə  -

3 ay əvvəl açılışı olan park baxımsız vəziyyətdə - FOTOLAR

Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb

Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb

“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

"Alpenfood” MMC Azərbaycana neft qarışıqlı yağ gətirdiyinə görə cərimələnib?

Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər

Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər

“Kontakt Home” mağazalar şəbəkəsi cərimələndi

“Kontakt Home” mağazalar şəbəkəsi cərimələndi

Gömrükdə tender müəmması

Gömrükdə tender müəmması

“Borcum olmasa da, 4 gündür ki, işıq və qaz yoxdur” -

“Borcum olmasa da, 4 gündür ki, işıq və qaz yoxdur” - AAAF Parkdan şikayət + VİDEO

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur