İcra başçısı AXCP-çinin qızını alan şəxsi hədələdi

Xəbərin çap versiyası
Tarix: 20-04-2019, 13:47    |    Xəbər oxunub: 589 dəfə
İcra başçısı AXCP-çinin qızını alan şəxsi hədələdi


Son dönəmlər prezident İlham Əliyev ölkədə bir çox sahədə islahatlar həyata keçirir. Prezident dəfələrlə rayonlara səfərlər edir, insanlarla görüşür.



Şamaxıda baş verən zəlzələ zamanı da prezident rayona səfərlər edərək, evləri dağılmış insanlarla görüşdü, şəhid ailələrini qəbul etdi. Daha sonra isə siyasi məhbusların azadlığa çıxması ilə bağlı əfv sərəncamı imzaladı.

Lakin təəssüflər olsun ki, ölkə prezidentinin apardığı islahatlar fonunda rayon icra başçıları özlərini yenə də padşah kimi apararaq, islahatlara ləkə salmaqla məşğuldur.

Məlumata görə, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraaqəddin Cabbarov “Azadlıq” qəzetinin köşə yazarı Xaliq Bahadırın qardaşı, AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəylinin qızının toyuna mane olur.

Belə ki, Şamil Hacıbəyli Saatlıdakı şadlıq saraylarından birində qızına toy etmək istəyib. Restoran rəhbərliyi ilə də razılaşıb. Bundan xəbər tutan rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun görtərişi ilə restoran rəhbərliyinə hədə-qorxu gəlinərək, toyun orada olmasına mane olurlar.

İcra hakimiyyətindən şadlıq sarayı rəhbərliyinə bildirilib ki, əgər Şamil Hacıbəylinin qızının toyu o restoranda olacaqsa, oranı onun əlindən alacaqlar.

Bundan sonra Şamil Hacıbəyli qərar verib ki, toyu öz həyətində etsin. İcra hakimiyyəti bu dəfə daha da irəli gedib. Şamil Hacıbəylinin qızı ilə evlənən oğlanın atasını icra hakimiyətinə çağırtdırıblar və onu orada hədələyiblər. Ona bildiriblər ki, Şamil Hacıbəylinin qızı ilə oğlunun nikahını pozdursun. Əgər pozdurmasa, onun rayondakı dəmirçi sexini söküb, dağıdacaqlar. Buna baxmayaraq, toy Şamil Hacıbəylinin həyətində baş tutub.

Saatlı rayon icra hakimiyyəti başçısının etdiyi bu əməl insanlıq adına ləkə ilə yanaşı, ölkə rəhbərliyinə, təmsil etdiyi hakimiyyətə xəyanətdir. Bəlkə də, kimlərinsə sifarişini yerinə yetirməkdir. Xaliq Bahadırın köşə yazarı, Şamil Hacıbəylinin də AXCP rayon şöbəsinin sədri olması və məsələni ictimailəşdirəcəyi nəzərə alındıqda, baş verənlərə qarşı ölkə rəhbərliyinin tənqid hədəfinə çevriləcəyi aşkardır. Bu halda icra hakimiyyətinin nələrə və kimlərə xidmət etməsi aydın görünür.(Yenicag.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İmtahanların nəticələri elan edildi:

İmtahanların nəticələri elan edildi: Cəmi 1 nəfər maksimum balı yığıb

Etibar Pirverdiyevin şirkəti məhkəməyə verildi -

Etibar Pirverdiyevin şirkəti məhkəməyə verildi - 100 minlik tələb

“Azərsu” Şamaxı və Ağsunun kəndlərində içməli su layihəsinin icrasına başlayıb

“Azərsu” Şamaxı və Ağsunun kəndlərində içməli su layihəsinin icrasına başlayıb

Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib

Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib

“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

Şirkət rəhbərlərinə hökm oxundu

Şirkət rəhbərlərinə hökm oxundu

Bu xalq bu zülmü çəkməyə layiq deyil-

Bu xalq bu zülmü çəkməyə layiq deyil- jurnalist Sahil Babayevə müraciət etdi

Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlandı

Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlandı

Azərbaycanın sabiq nazirləri bir arada-

Azərbaycanın sabiq nazirləri bir arada- “Range Rover”də 4 nəfər... (FOTO)

DSMF-də sosial təminat sahəsində görülən işlərə aid müşavirə keçirilib

DSMF-də sosial təminat sahəsində görülən işlərə aid müşavirə keçirilib

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

Palatanın biabırçı “Azərsığorta” qərarı:

Palatanın biabırçı “Azərsığorta” qərarı: "Ya MBNP-nin rəhbərliyi dəyişməlidir, ya da..."

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur