Gömrük ödənişlərində fantastik artım - Sahibkarlar etiraz edir

Xəbərin çap versiyası
Tarix: 10-05-2019, 13:05    |    Xəbər oxunub: 578 dəfə
Gömrük ödənişlərində fantastik artım -


"Binə” və "Sədərək” Ticarət mərkəzlərində çalışan sahibkarların fəaliyyətində problem yaranıb.



Buna səbəb son 1 il ərzində gömrük və vergi orqanlarının işindəki dəyişiklik göstərilir.

Sahibkarların "Cümhuriyət” qəzetinə verdiyi açıqlamaya görə, ticarət mərkəzlərində çalışanlar böyük problemlərlə qarşılaşıblar:

"Son 1 il ərzində daşımaçılıq xidmətinin qiyməti 150 faiz artıb. Bu gün Çin Xalq Respublikasından Azərbaycana gətirilən müxtəlif mallar üzrə daşımaçılığın 1 kubu 750 dollar civarında dəyişilir. Bu qiyməti yenidən 1000 dollara qədər artırmaq planları var. Bu da ilk növbədə sahibkarlar üçün əlavə vəsait itkisidir, bundan əlavə, malın maya dəyərinin kifayət qədər bahalaşmasına gətirib çıxarır. Təbii ki, bütün bunlar nəticədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə təkan verir.

Uzun illərdir "Binə” və "Sədərək” Ticarət Mərkəzi ilə çalışan Rusiyadakı sahibkarların heç biri artıq bu bazarda görünmür. Səbəb də daşımaçılığın baha olmasıdır.

Ümumiyyətlə, Azərbaycan MDB məkanında daşımaçılıq xidmətinin baha olmasına görə ən öndə gedən ölkədir. Məsələn, Çinin Quanco şəhərindən Moskvaya yükün 1 kiloqramı 2 dollardır. Amma Quanco şəhərindən Bakıya yükün 1 kiloqramı 5 dollara yaxındır.

Azərbaycana Quancodan vurulan 1 kub mal 750 dollardır. İstanbuldan Bakıya vurulan malın 1 kiloqramı 3.70 dollardır, amma İstanbuldan Dağıstana vurulan malın 1 kiloqramı 2 dollardır. 1 kub mal da 170-200 kiloqram ağırlığında olur. Yay və qış mallarına görə kubun çəkisində fərq olur. İndi isə 1 kub malın qiymətini 1000 dollara qədər artırmağı planlaşdırırlar”.

Sahibkarın sözlərinə görə, iki gündür "Binə” və "Sədərək” Ticarət Mərkəzlərində çalışanlarla Çindən karqo xidməti göstərən şirkətin rəhbəri arasında ardıcıl görüşlər keçirilib: "Sahibkarlar artan daşımaçılıq xərclərinə haqlı etirazların bildiriblər. Karqonun rəhbəri isə artımın səbəbini onlar tərəfindən yox, Azərbaycan Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi rüsumlarla əlaqələndirib. Bütün sahibkarlar çıxılmaz vəziyyətə düşüb. Bu məsələnin yolunu tapıb həll etmək lazımdır.

Ölkə prezidenti İlham Əliyev dəfələrlə sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınmasını, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində tapşırıqlarını verib.

Amma bu gün Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi "tədbirlər” sahibkarın bütün maraqlarına ziddir. Azərbaycanda yükdaşımaçılıq xidmətlərinin qiyməti fantastik həddə qalxıb.

Qiymət artdıqca ölkəyə gələn müştərilərin sayı da azalır, alıcılıq qabiliyyəti də aşağı düşür. Bütün bunlar nəticədə ümumi ticarət dövriyyəsinə mənfi təsir edəcək. Burada sahibkarlardan öncə dövlət itirir. Qiyməti artırmaqla büdcəni doldurmaq heç də doğru yol deyil, əksinə, qiymətləri endirib xarici ölkələrdən Azərbaycana daha çox müştəri cəlb etməklə ticarət dövriyyəsini qaldırmaq mümkündür.

Bu da nəticə etibarilə, ölkənin həm vergi, həm gömrük orqanlarına daxil olan vəsaitlərin həcminin artmasına gətirib çıxara bilər”.

Digər bir sahibkar Samir Əliyev isə bildirib ki, karqo gətirdikləri malları hər gün bir qiymətə onlara çatdırır:

"Bu gün 1 kub malı 500 dollara gətirən karqo sabah eyni həcmdə malı bizə 650 dollara, o biri gün 700 dollara gətirir. Çindən Azərbaycana gətirilən malı 20 gün də karqoda saxlayırlar. Səbəb nədir? Sonra da məlum olur ki, malın kubunu 100 dollara qaldırıblar. Tutaq ki, mənim 10 kub malım gəlib, karqoya 6 min dollar ödəyib malımı oradan çıxardırdım. Amma bu gün deyirlər ki, 7 min dollar verməlisən. Artıq sahibkarlar bunu edə bilmir. Maya dəyəri 6 manata olan malın qiymətini artırıb 7 manata sata bilmirik.

İrandan, Gürcüstandan, Dağıstandan gələn bütün müştəriləri itirmişik. Baha malı kimə satmaq olar axı?

Prezidentimiz dəfələrlə vurğulayıb ki, sahibkarı incitmək olmaz. Amma bu gün bir qrup şəxslər öz maraqları naminə Prezidentin tapşırıq və göstərişlərinin əksinə işlər görürlər. Hesab edirik ki, dövlət başçımızın bundan xəbəri yoxdur. Əgər xəbəri olsa, bizə öz köməkliyini göstərər.

Karqoda qiymət artımı barədə sahibkarı ən azı bir ay öncədən xəbərdar etməlidirlər. Yatıb yuxu görürlər, sabah qiyməti artırırlar. Bu, dövlət orqanıdır, bazar deyil ki, gündə bir qiymət deyə. Bir gün içində qiymət qalxar? Minlərlə sahibkarın malı karqoda saxlanılır. Çin karqo bizə deyir ki, yükdaşımada qiymətləri Dövlət Gömrük Komitəsi artırır. Artıq işləyə bilmirik, bu məsələnin həll olunmasını istəyirik”.

Samir Əliyev onu da qeyd edib ki, təxminən 2-3 il bundan öncə karqo 350 dollar olub:

"Sonradan ödənişi 650 dollara qədər artırdılar. Üstəgəl, vergi, yer haqqı və digər xərcləri aybaay ödəyirik. Dünən Çindən 4 kub malım gəlib, amma karqo ikisini verib, ikisini saxlayıb. Eyni maşınla, eyni konteynerlə qeydiyyatdan keçən və eyni yolu gələn malın ikisini 600 dollara, ikisini də 700 dollara verirlər. Bu cür işləmək olmur. Biz o malı satıb ödənişlərimizi etməliyik. Mövsüm bitəndən sonra karqoda qalan malı sahibkara verməyin heç bir əhəmiyyəti də qalmır. Həm pulumuzu alırlar, həm də özümüzü incidirlər. Xahiş edirik sahibkarlara qarşı yönələn bu qanunsuzluğa son qoyulsun”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Səfər Mehdiyev yenə

Səfər Mehdiyev yenə "problem yoxdur" deyir, amma...

Rusiya səfirliyinin qarşısında aksiya: saxlanılanlar var

Rusiya səfirliyinin qarşısında aksiya: saxlanılanlar var

“Nar”ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib-

“Nar”ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib- FOTOLAR

Səhnə “Bizim Don Kixot”undur

Səhnə “Bizim Don Kixot”undur

Tereza Mey istefasını açıqladı:

Tereza Mey istefasını açıqladı: Yeni namizədlərin adı bəllidir

İnsan alverinə qarşı mübarizə mövzusu bu dəfə Neftçalada izah edilib –

İnsan alverinə qarşı mübarizə mövzusu bu dəfə Neftçalada izah edilib – FOTOLAR

Paşinyanın arvadı Cavid İsmayılın sualı qarşısında çaşdı

Paşinyanın arvadı Cavid İsmayılın sualı qarşısında çaşdı

Azərbaycanla Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycanla Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Restrukturizasiya oluna kreditlərdə zaminliyə xitam veriləcəkmi?-

Restrukturizasiya oluna kreditlərdə zaminliyə xitam veriləcəkmi?- ŞƏRH

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Baş Nazirin müavini:

Baş Nazirin müavini: "Cümhuriyyəti quranlar minnətdarlıq hissi ilə yad edilir"

Neft və qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı İşçi qrupunun iclası keçirilib

Neft və qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı İşçi qrupunun iclası keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur