Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 18-05-2019, 21:27    |    Xəbər oxunub: 662 dəfə
Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar-


Xəbər verdiyimiz kimi, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) dəyəri milyonlarla ölçülən razılaşmaya imza atıb.



Belə ki, Cavid Qurbanovun rəhbəri olduğu qurum Bakı–Böyük Kəsik dəmir yolu xətti boyunca yeni enerji təchizatı və işarəvermə sistemlərinə keçid, elektrik lokomotivlərinin alınmasına dair Texniki Nəzarət üzrə Məsləhət Xidmətləri ilə bağlı açıq tender keçirib və 10 milyon dollar məbləğində razılaşma əldə edib.

Tenderin qalibi İspaniyanın "JV TPF Getinsa Eurorestudios – Auxitec Tecnica V Control” birgə müəssisəsi olub.

Bu haqda məlumatı "Azərbaycan Dəmir Yolları” QSC (ADY) özü yayıb.

Məlumata görə, bu məqsədlə adı çəkilən xarici şirkətlə 8,261 milyon avro (9,277 milyon ABŞ dolları) məbləğində əsas və 0,236 milyon dolar məbləğində əlavə satınalma müqavilələri bağlanılıb. Beləliklə, ADY İspaniya şirkətindən 9,513 milyon dollarlıq məsləhət alacaq.

Maraqlıdır, belə bir layihə üçün 10 milyon dollarlıq məsləhət Cavid Qurbanova nə üçün lazımdır?

Bununla bağlı iqtisadçı-ekspert Natiq Cəfərli şərhini təqdim edirik.

Ekspert bildirib ki, 10 milyon dollar məsləhət almaq üçün ödənilə bilməz:

"Əvvəlcə araşdırılmalıdır ki, bu konsaltinq şirkətinin səviyyəsi necədir. Çünki beynəlxalq, tanınmış bir neçə konsaltinq şirkəti var ki, Azərbaycanla da işləyir. Bu şirkət isə tanınmır. Yüz faiz bu şirkətin arxasından bir azərbaycanlı çıxacaq. Çünki tanınmış bir şirkət deyil. Hətta hökumətin bütövlükdə iqtisadi proqramının məsləhəti üçün çox nüfuzlu beynəlxalq şirkətlə cəmi 1.2 milyon avro müqabilində müqavilə bağlanmışdısa, belə kiçik bir layihə üçün 10 milyon dollarlıq müqavilə bağlamaq təbii ki, suallar və şübhələr doğurur. Dünyanın indiki konsaltinq bazarındakı qiymətlərə də uyğun deyil.

Çox güman ki, tanınmamış ispan şirkəti ilə əlaqə qurulub və danışıqlar aparılıb ki, "atkat” (ödənilən pulların qeyri-rəsmi qaydada razılaşdırılmış şəxsə qaytarılması-müəl.) edilsin. Bununla da korrupsiya sxemləri ilə pulun geri dönüşü həyata keçiriləcək.

Ümumiyyətlə, bu şirkətin fəaliyyətini araşdırmaq lazımdır. Ola bilər ki, hansısa adi bir ispanın adına açılmış şirkətdir. Bu şirkət sadəcə Azərbaycanla müqavilə bağlayıb pul alıb. Bu da ölkədən qanunsuz pul çıxarılmasına nümunədir, korrupsiya sxemidir. Bu cür kiçik layihələrin konsaltinqi maksimum 100 min dollarla ölçülə bilər, milyonlarla yox”.

"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) 10 milyon dollarlıq məsləhət alacağı "JV TPF Getinsa Eurorestudios – Auxitec Tecnica V Control” birgə müəssisəsi ilə bağlı qısa araşdırma apardıq.

Məlum oldu ki, şirkət nəinki beynəlxalq miqyasda tanınmır, bugünə qədər cəmi bir beynəlxalq layihəyə imza atıb. Həmin layihə isə Səudiyyə Ərəbistanına məxsus olub.

Şirkət 1992-ci ildə yaradılıb, kiçik müəssisədir. Cəmi 22 işçisi var, Arribastorres Antonio adlı şəxs şirkətin həm sahibi, həm direktoru, həm də baş məsləhətçisidir. Son dəyərləndirməyə görə, şirkətin bazar dəyəri cəmi 879 min 562 avrodur. Şirkətin 364 min 652 avro borcu var. Bu günə olan borc öhdəlikləri 1 mln. 318 min 16 avrodur. Uzunmüddətli investisiya portfeli və maliyyə yatırımları yoxdur. Şirkətin cəmi 16 min 64 səhmi var, əsas səhmdarı da sahibidir, yəni Arribastorres Antonio. Likvid aktivləri 31 min 614, Qısa müddətli borcu 36 min 728 avrodur.

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar-

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı -

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı - FOTO

Göyçayda toy karvanında qəza:

Göyçayda toy karvanında qəza: 6 yaralı var

Vilayət Eyvazovdan yeni təyinatlar

Vilayət Eyvazovdan yeni təyinatlar

Jurnalist təyyarə qəzasında öldü

Jurnalist təyyarə qəzasında öldü

Etibar Pirverdiyevin şirkəti dar ayaqda -

Etibar Pirverdiyevin şirkəti dar ayaqda - "Bağda ərik qurtardı..."

Bakı polisindən xəbərdarlıq:

Bakı polisindən xəbərdarlıq: "Uşaq oğurluğu edən dilənçilər var"

Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı -

Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı - VİDEO

"ASAN Yay Festivalı" Gəncədə

Sentyabrın 1-dən kimlərin maaşı və pensiyası nə qədər artacaq? -

Sentyabrın 1-dən kimlərin maaşı və pensiyası nə qədər artacaq? - VİDEO

Vəkil sirrləri açdı:

Vəkil sirrləri açdı: MTN sabiq naziri necə tutub?

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur