Deputatın adı keçən məhkəmənin “ili çıxdı”, proses bitmək bilmir


Deputatın adı keçən məhkəmənin “ili çıxdı”, proses bitmək bilmir


İyunun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində deputat Elmira Axundovanın, oğlu Həbib Axundovun adı keçən, Həbibin dostu Elnur İbrahimovun təqsirləndirildiyi cinayət işi üzrə proses davam etdiriləcək.

AFN xəbər verir ki, qalmaqallı məhkəmə prosesinin bu qədər uzanmasının səbəbi iş üzrə məhkəmə araşdırmalarının ləng aparılmasıdır. Ötən il noyabrın 26-da prokuror çıxış edib, araşdırmaların nəticəsilə bağlı fikrini bildirməli, təqsirləndirilən şəxsə cəza istəməliydi. Lakin prokuror məhkəmə istintaqının təzələnməsini istəyib. Səbəb isə budur ki, Elnur İbrahimovun birgə biznes adıyla pul aldığı zərərçəkənlərdən biri Elvin Vəliyevi məhkəməyə gətirmək mümkün olmayıb, məsələ ilə əlaqədar onun fikri məlum deyildi. Maraqldır ki, Həbib Axundov da bu cinayət işi üzrə zərərçəkən qismində tanınıb. Amma başqa zərərçəkənlərin bir neçəsi əksinə, deputat oğlunu ittiham edib deyirlər ki, onlardan pulu Elnur yox, Həbib Axundov alıb və qaytarmayıb.

Deputatın adı keçən məhkəmənin “ili çıxdı”, proses bitmək bilmir


Həbib Axundovu günahlandıran zərərçəkmişlərin bəzisinə dəymiş ziyanın bir qismini deputat və oğlu ödəyib. Bunu Elmira Axundova özü də mediaya açıqlamalarında təsdiqləyib. Təqsirləndirilən Elnur İbrahimovla ailəvi dost olduqlarını Elmira Axundova da inkar etməyib. Elnur İbrahimov uzun müddət axtarışda olduqdan sonra 2016-cı ilin oktyabrında Rusiyada saxlanılaraq, Azərbaycana gətirilib. O, CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub. İttihamda yazılıb ki, birgə biznes adıyla pul aldığı adamlara ümumilikdə 1 milyondan çox ziyan vurub.

Deputatın adı keçən məhkəmənin “ili çıxdı”, proses bitmək bilmir



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu