Hacı İbrahimin “Xəzər adaları” müsadirə olundu, millət vəkilinə verildi - AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 1-07-2019, 17:28    |    Xəbər oxunub: 821 dəfə
Hacı İbrahimin “Xəzər adaları” müsadirə olundu, millət vəkilinə verildi -


Azərbaycan Beynəlxalq Bankına (ABB) külli miqdarda borcu olduğuna görə, "Avesta Konserni” MMC-nin prezidenti, tanınmış və qalmaqallı iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) "Xəzər adaları” layihəsi müsadirə olunub.

İ.Nehrəmlinin milyardlıq layihəsi əlindən alınaraq millət vəkili Kamran Nəbizadənin baş direktoru olduğu "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyinə verilib.

Hacı İbrahimin “Xəzər adaları” müsadirə olundu, millət vəkilinə verildi -


Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Hacı İbrahim xəbəri təsdiqləyib. O "Xəzər adaları” layihəsini banka olan borcunu ödəmək məqsədi ilə dövlətə bağışladığını deyib:

"Mən "Xəzər adaları”nı Məmməd Musayevin sahibi olduğu "Aqrarkredit” qeyri-bank kredit təşkilatına vermişəm. Onlar da bu ərazini millət vəkili Kamran müəllimin baş direktoru olduğu "Azərbaycan Sənaye Korporasiyasının” (ASC) balansına keçiriblər”.

Hacı İbrahim "Xəzər adaları” layihəsinə dövlət tərəfindən qoyulan qiymətini də açıqlayıb:

"Mənim Azərbaycan Beynəlxalq Banka olan borcum buna görə bağlanıldı. Əmlakın dəyəri 720 milyon manat qiymətləndirildi. Banka olan borcumun faiz hissəsi məndən tuulmadığı üçün, əmlakın dəyəri 570 milyon manat oldu. Buna görə, mənə 150 milyonu qaytarmalı idilər. Mən də dedim ki, istəmirəm, dövlətə bağışlayıram. Bütün borclarım bağlandı. İndi mənim bir manat da olsun borcum yoxdur. Nə alacağım var, nə də verəcəyim! Mən bütün kreditlərimi 100 faiz ödəməli oldum".

Hacı İbrahimin “Xəzər adaları” müsadirə olundu, millət vəkilinə verildi -





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur