Ehtiyatda olan xanım hərbi qulluqçu prezidentə müraciət etdi: “Qanuni haqqımı ala bilmirəm” - ŞİKAYƏT

Ehtiyatda olan xanım hərbi qulluqçu prezidentə müraciət etdi:

Dövlət Sərhəd Xidmətindən yaşla əlaqədar ehtiyata buraxılmış hərbi qulluqçu Məlahət Yusifova prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətin surətini AFN-ə göndərən hərbi qulluqçu bildirir ki, vaxtilə Milli Təhlükəsizlik Nazirliyində, sonradan isə Dövlət Sərhəd Xidmətində, ümumilikdə 18 il qüsursuz xidmət edib: “Cənab prezident! Bu muraciəti etməyə məcburam. Aidiyyati qurumlara muraciət etdim. Haqlı olsam da, rədd cavabı aldım.

Cənab prezident! Diqqətinizə çatdırım ki, nə Səbayel bələdiyyəsi, nə Səbayel Rayon İcra Hakimiyyəti, nə də Səbayek Rayon Məhkəməsi Azərbaycan qanunlarına riayət etmir.
Mənim 3 ovladım 7 nəvəm var. 62 kv metrlik şəraitsiz mənzildə 12 nəfərlə bərabər yaşayıram. Hələ mənzilimizin neft buruqları arasında yerləşdiyini nəzərə alsaq buna yaşamaq deyilməz. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması ilə əlaqədar Səbayel Bələdiyyəsinə dəfələrlə müraciət etmişəm. Ailəm böyükdür, ona görə də dövlətin hərbi qulluqçulara verilməsini qanunla təsbit etdiyi torpaq sahəsi alıb ev tikmək istəyirdim. Səbayel Bələdiyyəsi bildirir ki, onlara aid torpaqların hüdudları, növləri, ölçüləri və elektron xəritəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilərək bələdiyyəyə təhvil verildikdən sonra bizə torpaq sahəsi ayrılması məsələsinə baxa bilərlər. Qanunvericilikdə isə hərbi qulluqçunun müraciət etdikdən sonra 6 ay müddətində torpaq sahəsi almaq hüququ olduğu göstərilir, və illərdir mənim müraciətlərimə baxılmır. 18 ildən artıq silahlı qüvvələrdə hərbi xidmət keçmişəm. Həyatımı bu sahəyə həsr etmişəm və yaş həddinə görə ehtiyata buraxılmışam. Dövlətimizin qəbul etdiyi qanunlara müvafiq olaraq torpaq sahəsi almaq üçün müraciət etdiyim orqanlar məni get-gələ salıb. Bu qədər süründürməçilik olarmı?! İnsanı yaşadığına peşiman edirlər. Bu mənim haqqımdır və haqqımı tələb edirəm. Səbayel bələdiyyəsi torpaqları satıb ciblərini doldurmaqdansa, canını, həyatını, ömrünü vətənə xidmətə həsr edən insanları düşünsün.

Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini isə mənə bələdiyyələrə aid qanunları xatırladır. O, qanunları mənə xatırlatmaqdansa, dəvət edib istəyimə əsasən başqa bir bələdiyyədən fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmasına göstəriş verə bilərdi. Əgər baş idarələrdə oturan böyük məmurlar insanların hüquqlarını belə pozurlarsa, yerlərdə fəaliyyət göstərən kiçik məmurlardan nə gözləmək olar?! Bu məmurlar bilərəkdən və ya bilməmizlikdən mənə torpaq sahəsi ayrılmasında maraqlı deyillər. Ehtiyatda olan hərbçi olaraq ədliyyə naziri, ədliyyə general-polkovniki Fikrət Məmmədova da müraciət etmişəm. Prezident Administrasiyasına, Bələdiyyələrlə İş Mərkəzinə ünvanlanan məktublarım bələdiyyəyə yönləndirilir, onlar da eyni məzmunlu cavabı verirlər. Bələdiyyələrlə İş Mərkəzi isə ünvanladığı cavablarda bildirir ki, torpaq sahəsinin ayrılması ilə bağlı Ədliyyə Nazirliyinin hər hansı bir səlahiyyəti yoxdur. Bəs bələdiyyə ilə bağlı şikayətimizi hara bildirək?! Əminəm ki, cənab Prezident Sizin bu özbaşınalıqlardan xəbəriniz yoxdur. Men 1 saylı İnzibatı İqtisad Məhkəməsinə də müraciət etmişəm. Lakin məhkəmə iddianı əsas olmadan rədd edib. Halbuki məhkəmənin qərarında hərbçilərə torpaq sahəsinin ayrılmalı olduğu vurğulanıb və mənim torpaq sahəsi tələb etmək hüququm olduğu qeyd edilib. Əgər hüququmu bilərək, qanunların aliliyini nəzərə alaraq haqqımı tələb edirəmsə, niyə hakimlər qanunları əsassız pozub istədikləri qərarı verirlər? Həm də əsaslandırmadan. Məhkəmənin müvafiq qərarında “İddia təmin edilməsin” yazılır, lakin hansı səbəbdən rədd edilsin, bu yazılmır.
Müvafiq qurumlar mənim haqlı olduğumu yazılı şəkildə bildirsələr də, müraciətimi təmin etmirlər. İstədikləri kimi davranır, istədikləri qərarı verirlər. Bəs onda qanunlar nəyə və kimə lazımdır?
Cənab prezident! Əminəm ki, mənim problemim yalnız Sizin göstərişinizdən sonra öz həllini tapacaq və özbaşınalıq edən məmurlar cəzalarını alacaqlar”.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az

menyu
menyu