Vaqif Əliyevin adı maliyyə fırıldağında hallanan qohumu həbs edildi

Xəbərin çap versiyası
Tarix: 1-08-2019, 20:45    |    Xəbər oxunub: 8 377 dəfə
Vaqif Əliyevin adı maliyyə fırıldağında hallanan qohumu həbs edildi


SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin adı maliyyə fırıldağında hallanan qohumu həbs edilib.



AFN-ə daxil olan məlumata görə, V.Əliyevin baldızı oğlu Nicat Qarayev özü könüllü prokurorluq orqanlarına təslim olub. Məlum olub ki, N.Qarayevin haqqında V.Əiyevin oğlu Orxan Əliyevin və "Azfen"də çalışan bir qrup şəxsin iyulun 15-də etdiyi müraciət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi açılıb. Qeyd edək ki, V.Əliyev özü də məsələyə münasibət bildirərkən oğlunun N.Qarayevin əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsi haqda açıqlama vermişdi.
Onu da xatırladaq ki, V.Əliyevin yaxın qohumu olan N.Qarayevin korrupsiya əməlləri və fırıldaqları, eyni zamanda bu proseslərdə V.Əliyevin və ailə üzvlərinin adının hallanması ilə bağlı yazı AFN-də 30 iyulda dərc edilib. Məqalədə 11 nəfər zərərçəkənin şikayəti əksini tapmışdı. Şikayətçilər yenidən AFN-ə müraciət edərək bildiriblər ki, N.Qarayev onların şikayəti əsasında saxlanmayıb: "Bizim şikayətimiz Vaqif Əliyev və qohumlarındandır. Biz gedib Baş Prokurorluğa rəsmi ərizə ilə müraciət edəcəyik. Bizim tələbimiz Vaqif Əliyevin özünə və bizim vəsaitlərimizi mənimsəyən bütün qohum-əqrəbasına cinayət işinin açılmasıdır. Nicat Qarayev özbaşına bu hərəkətləri etmirdi, Vaqif Əliyevin və ailəsinin dəstəyilə edirdi. 2018-ci ildə də oxşar hadisə baş vermişdi, Vaqif Əliyevin də xəbəri olmuşdu, bunu təsdiq edən faktlar, səs yazısı var əlimizdə. İdarə rəisi o zaman bu cinayətin qarşısını almadı, göz yumdu. Niyə? Çünki bu fırıldaqlar özünün "xeyir-duası" ilə baş verirdi".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
ŞOK İDDİA: deputat Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb -

ŞOK İDDİA: deputat Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb - HƏBSLƏR VAR

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”-

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”- tanınmış vəkildən AÇIQLAMA

Azərbaycan həqiqətləri dünyada tanıdılır

Azərbaycan həqiqətləri dünyada tanıdılır

Mehriban Əliyeva:

Mehriban Əliyeva: "Azərbaycanın əsgər və zabitləri ilə fəxr edirəm"

Bakıda güclü yanğın başladı -

Bakıda güclü yanğın başladı -

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Kabildə toy mərasimində partlayış olub:

Kabildə toy mərasimində partlayış olub: 63 ölü, 183 yaralı

Atəşkəs bu gecə də pozulub

Atəşkəs bu gecə də pozulub

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur