Gömrük Komitəsi iki ölkə arasında problem yaradır- Diaspor Təşkilatlarından İlham Əliyevə müraciət


Gömrük Komitəsi iki ölkə arasında problem yaradır-


Rusiyada yaşayan azərbaycanlı iş adamı Fizuli Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. AFN-in məlumatına görə, iş adamı müraciətində Dövlət Gömrük Komitəsinin fəaliyyətindən şikayətlənib.

O, surətini Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı müraciətdə bildirir:

Hörmətli cənab Prezident!

Rusiya Federasiyası Dağıstan Respublikasındakı Azərbaycan Diasporunun rəhbəri Rakif Əzizovun oğlu Rauf Əzizov Azərbaycan Respublikası Gömrük Komitəsi İstintaq İdarəsi tərəfindən saxlanıb və haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 228.1 maddələri ilə cinayət işi qaldırılıb. Cinayət işinə Qusar Rayon Məhkəməsində baxılır.

Gömrük Komitəsi iki ölkə arasında problem yaradır-


Əldə etdiyimiz informasiyaya görə, 2019-cu il fevralın 18-də Rusiya Federasiyası məsələ ilə bağlı Azərbaycan Respublikasına nota verərək Rusiya vətəndaşı Rauf Əzizovun hüquqlarının pozulmasına etirazını bildirib. Azərbaycan Gömrük Komitəsinin fəaliyyətinin iki ölkə arasında belə bir problem yaratdığından təəssüfümüzü ifadə edərək bildirmək istəyirik ki, baş verən olay Rusiyadakı Azərbaycan diasporu arasında böyük rezonans doğurub.

Yaranan durumu nəzərə alaraq sizdən xahiş edirik ki, işin obyektiv araşdırması üçün istintaq nəzarətinizə götürəsiniz.

Rauf Əzizov 10.12.2018-ci ildə həbs edilib, 31.07.2019-cu ildə aclıq aksiyasına başlayıb. Müdafiə tərəf iddia edir ki, Rauf Əzizova qarşı irəli sürülən ittihamın heç bir əsası yoxdur, bu səbəbdən Əzizov özünü sözügedən cinayətdə suçlu bilmir.

Sizə müraciət etməyimiz heç bir halda vətənimiz Azərbaycan Respublikasının məhkəmə sisteminin ədalətli olmasını şübhə altına almaq kimi qəbul edilməməlidir. Ümid edirik ki, məhkəmə işə obyektiv baxacaq və həqiqət qısa zamanda üzə çıxacaq.

Müraciəti aşağıdakı diaspor təşkilatları imzalayıb:

Dünya Azərbaycanlıları İttifaqının Koordinasiya Şurası

Dünya Azərbaycanlıları Mədəniyyət Fondu

Rusiya Azərbaycanlıları İttifaqı

Rusiyadakı Azərbaycan diaspor təşkilatları


Gömrük Komitəsi iki ölkə arasında problem yaradır-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu