Rövnəq Abdullayev və Cavid Qurbanov YAP-ın siyahısından çıxarıldılar


Rövnəq Abdullayev və Cavid Qurbanov YAP-ın siyahısından çıxarıldılar


Hakim Yeni Azərbaycan Partiyasının namizədlər siyahısından bu dəfə bəzi vəzifəli şəxslərin adları çıxarılıb.



BakuPost onlardan ikisinin adını dəqiqləşdirib. Məlumata görə, Milli Məclisə III, IV və V çağırış deputat seçilən ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev bu dəfə seçki marafonuna qatılmayacaq.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov da seçkidə iştirak etməyəcək.

Xatırladaq ki, ötən dəfə - V çağırış parlament seçkilərində C.Qurbanov123 saylı Kəlbəcər Seçki Dairəsindən, Rövnəq Abdullayev isə 24 saylı Nizami 1-ci dairəsindən YAP-ın namizədləri olaraq seçilimişdilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu