Oqtay Əsədov, Əbülfəs Qarayev və Hüseynbala Mirələmovun Panama sərgüzəştləri...


Oqtay Əsədov, Əbülfəs Qarayev və Hüseynbala Mirələmovun Panama sərgüzəştləri...


Araşdırmaçı jurnalist Cavanşir Həsənli Milli Məclisin sabiq spikeri Oqtay Əsədovun ailə biznesi ilə bağlı yeni məlumatlar paylaşıb.
Jurnalist həmçinin mədəniyyət naziri Əbülfəs Qarayevin və sabiq deputat Hüseynbala Mirələmovun şərikli biznesi barədə də yazıb. Hər iki tərəfin bizneslərinin Panama ofşorlarına aidiyyatı maraq doğuran məqamdır.



AFN C.Həsənliyə istinadən xəbər verir ki, Əsədovların ilk ailə şirkəti – “STANWAY MANAGEMENT LIMITED” 2011-ci il yanvarın 4-də Virginiya adalarında qeydiyyatdn keçib. Panama sənədləriində şirkətin səhmdarlarının Milli Məclis sədrinin ailə üzvü Nərminə Əsədova və spikerin keçmiş kürəkəni Kamran Balayev olduğu qeyd edilib. Şirkət 2013-cü il oktyabrın 31-nə qədər fəaliyyət göstərib, Kamran Balayev O.Əsədovun qızı ilə boşandıqdan sonra qapadılıb. Şirkətə hüquqi xidmətləri Panamada qeydiyyatdan keçmiş “Mossack Fonseca & Co” şirkəti göstərib. Hansı ki, ötən il vergi qaçaqmalçılığı və çirkli pulların yuyulması ittihamlarından dolayı fəaliyyətini dayandırıb və bundan əvvəl isə rəhbəri həbs edilib.

Oqtay Əsədov, Əbülfəs Qarayev və Hüseynbala Mirələmovun Panama sərgüzəştləri...


Jurnalist haqqında qeyd etdiyimiz digər yazısında bildirir ki, 75 yaşlı Hüseynbala Mirələmov elə-belə namizəd deyil. “Heç elə-belə yazıçı da deyil”: “1001 gecə” istirahət mərkəzini bilirsiniz, Hüseynbala müəllimindir. Amma çətin sual qarşısında qalanda deyir ki, “indi mən deputatam deyə mənim nəslimdən olanlar bizneslə məşğul ola bilməz?” Ola bilər, niyə olmur, Azərbaycan reallığında hər şey olar, nəinki oğlu, hətta özü ofşor şirkət sahibi də ola bilər. Yəni “1001 gecə”ni boş verin, Hüseynbala Mirələmov panamalı namizəddir. Düz 16 ildən bəridir ki, Panamada ofşor şirkət idarə edir. Onun direktoru və xəzinədarı (ispanca tesorero - şirkətin gəlir və xərclərinə nəzarət edən şəxs) olduğu “RİMBA S.A.” 2004-cü il fevralın 20-də Panamada 448783 saylı lisenziya ilə qeydiyyatdan keçib. Şirkət tipi anonim cəmiyyətdir, statusu aktivdir (vigente), yəni hazırda fəaliyyətdədir. Şirkətin digər direktoru mədəniyyət naziri Əbülfəz Qarayevdir. 2018-ci ildən isə Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmovun da adı direktorlar şurasına daxil edilib”.

Oqtay Əsədov, Əbülfəs Qarayev və Hüseynbala Mirələmovun Panama sərgüzəştləri...
Oqtay Əsədov, Əbülfəs Qarayev və Hüseynbala Mirələmovun Panama sərgüzəştləri...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu