Yavər Camalovun oğlu müəllim və məntəqə komissiyası üzvlərinə pul paylayır - İDDİA


Yavər Camalovun oğlu müəllim və məntəqə komissiyası üzvlərinə pul paylayır -


46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlu seçicilərə pul paylayır.



Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabından məlumat yayıb. O bildirib ki, Rəşad Camalov sabiq Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur:

"Şirvan şəhər məktəblərinin bir qrup müəllimini və məntəqə komissiyası üzvlərini "Yeganə" şadlıq sarayına toplayıblar və 100 manat "şirinlik” paylayıblar. Bu işi də Şirvan Şəhət İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev təşkil edib. Samid Abıyev Rəşad Camalovun əmisi, Şirvan şəhər İcra hakimiyyətinin keçmiş başçısı, hazırda Zərdab İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun övladlarının kirvəsidir. Vaxtilə Mərdan Camalovun köməkçisi olub, sadiqliyini qoruyub saxlayıb. İndidən Şirvanda belə rəy yaradıb ki, Rəşad Camalovun xeyir-duası verilib, "seçilib". Məncə, Rəşad Camalovun başqa ölkə vətəndaşlığı da olmalıydı...”

Qarşı tərəfi də dinləməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu