Mərkəzi Bankın işçıləri ilə "AG Bank" müştəriləri arasında insident - VİDEO


Mərkəzi Bankın işçıləri ilə "AG Bank" müştəriləri arasında insident -


"AG Bank" ASC-ə ötən günlərdə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən inzibatçı təyin olunub.



Bu gün AMB əməkdaşları və müştərilər arasında insident baş verib. İnsidentin yaranma səbəbi AMB işçilərinin müştərilərə qarşı aqressiv davranışları olub. Müştərilərin məlumatına görə, AMB əməkdaşları maaş kartı "AG Bank"a məxsus olan müştərilərin kartlarını bloklayaraq əməkhaqlarının nağdlaşdırılmasına qadağa qoyur. Bundan başqa banka aid post- terminalları da bloklamaq istəyən AMB əməkdaşları müştərilərin haqlı etirazları ilə qarşılaşıb.

Qeyd edək ki, rəsmi əməkhaqlarını "AG Bank"dan əldə edən müştərilərin plastik kartları bloklanıb və digər bankların bankomatlarından komissiyalı nağdlaşdırma etməsinə icazə verilmir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu