Şahbaz Xuduoğlu üsyan etdi: "Hamını diri-diri basdırmaq istəyirsiz?"


Şahbaz Xuduoğlu üsyan etdi:


"Qanun" nəşrlər evinin direktoru, tanınmış naşir Şahbaz Xuduoğlu koronavirusun kitab nəşrinə və satışına vurduğu böyük ziyanla bağlı fikirlərini açıqlayıb.



AFN xəbər verir ki, ölkədə ən ilk özəl nəşriyyatlardan birini yaratdığını deyən Ş.Xuduoğlu bütün müstəqil təşkilatlar kimi çətin günlər yaşadıqlarını bildirib: "Artıq 4-cü aydır Covid 19-un təhdidi altındayıq. Hər gün dəyişən karantin şərtləti belimizi sındırıb. Nə qonorar verə bilir, nə maaşları çatdırırıq.

Yataqda yox, ayaqda olduğumuza görə şükürlər edirəm. Məsələ bunda deyil, bu ağır günlərdə bir dəfə olsun bu dövlətin varlığını yanımda hiss etmədim. Yalnız pis fəaliyyəti ilə qəzəb yaratdı. 10 manatlıq kitab çatdırmağa gedən insanımızı 200 manat cərimə etdi. Dövlət yalnız cərimə etmək, həbs etmək, evlərə polis göndərmək üçün deyil! Guya sahibkarlığa yardım fondu var. Bir neçə dəfə yardım üçün müraciət etmişəm, ağzımı gedər-gəlməzə döndəriblər. Güzəştli kreditləri banklar verir deyirlər. Banklar isə yardım fondunun razılıq məktubunu alın deyirlər.
İyrənc mühit yaratmısınız. Hamını diri-diri basdırmaq istəyirsiz? Əks halda, yardım edərdiniz, dar gündə varlığınızı göstərərdiniz. Hələ görün digər sahibkarlıq sahələri nələr görürlər, hansı əziyyətlər çəkirlər... Bəs, o 4 milyardlıq yardım fondunu niyə yaratdınız, o yardımlar hara gedir?!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu