Ötən il 14 milyon manatlıq tender "udan" İT şirkəti ləğv edilib


Ötən il 14 milyon manatlıq tender "udan" İT şirkəti ləğv edilib


Ötən il Nəqliyyat , Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) Bakı şəhəri və ətraf ərazilərdə telefonlaşma və internetin inkişafı üçün 14 milyon manat ödədiyi "DG TELEKOM" şirkəti bağlandığını elan edib.



AFN xəbər verir ki, "Baktelekom"un 14 milyon 221,7 min manat ödədiyi şirkət haqda həmin vaxt müəyyən şübhələr yaranmışdı. İT eksperti Osman Gündüz xatırladıb ki, o zaman heç kimin tanımadığı, yenicə yaranan bir İT şirkətin tenderdə necə qalib olması ilə bağlı müzakirələr də olmuşdu: "Şirkət 130 000 abunəçi şəbəkəsinin qurulması və 80 000 mənzillə GPON texnologiyasının tətbiqi ilə bağlı işləri icra etməliydi.
Layihənin icrası ilə bağlı indiyədək hər hansı hesabat verilməyib, görüşlər, müzakirələr təşkil olunmayıb. Nə dərəcədə səmərəli olmasını müəyyən etmək üçün hər hansı qiymətləndirmə və monitorinq nəticələri açıqlanmayıb.
Vətəndaş cəmiyyəti bu prosesə cəlb edilməyib.
Lakin mətbuatda çıxan bir elandan belə qənaətə gəlmək olar ki , "Baktelekom" və DG TELEKOM artıq işlərini bitiriblər.
Belə ki, DG TELEKOM 20 iyul 2020-ci il tarixdə bu şirkətin ləğv edilməsi haqqında məlumat yayıb.

Ötən il 14 milyon manatlıq tender "udan" İT şirkəti ləğv edilib


Dünyada bu cür ildırım sürətli şirkət yaratma, vəsait əldə emə və ləğvetmə nümunəsinə rast gəlinməyib.
Görəsən bu cür tələskənliyə ehtiyac vardımı?Ümumiyyətlə, layihə qarşıda qoyulan məqsədlərə çatıbmı?
Səmərəsi və faydası nədən ibarət olub?
Bu layihənin internetə əlçatanlığa, internetin keyfiyyətinə və qiymətinə təsirləri necə olacaq? Qurulan şəbəkə nə dərəcədə dayanıqlıdır, audit olunubmu, aidiyyatı qurumlar prosesdə iştirak edibmi?
Ümid edirəm NRYTN ölkə üçün mühüm əhəmiyyət kəsb edən və internetin inkişafı ilə bağlı 14 milyonluq bir layihənin icrasının yekunu ilə bağlı maraqlı tərəflərin içtirakı ilə bir görüş keçirib yekun hesabatı təqdim edəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu