AFN.AZ / Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi?-

Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi?-

Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi?-


Heç kimə sirr deyil ki, bir zamanlar Kəmaləddin Heydərovun ən xas və inanılmış adamlarından biri olan Səfər Mehdiyev Dövlət Gömrük Xidmətinin rəhbəri təyin olunduqdan sonra fövqəlnazirin “votçinası” olaraq bilinən Gömrükdə “təmizlik” işləri aparır. “Təmizlənənlərsə” keçmiş iş ortaqları olmaqla yanaşı Kəmaləddin Heydərova ən yaxın olan adamlardır. Bu proses artıq yarım ildir ki, davam edir və görünən odur ki, “fövqəlnazir”in ayağı artıq gömrükdən tamamilə kəsilib.



Yəni artıq Kəmaləddin Heydərovun Gömrük Komitəsi adında bir “votçinası” yoxdur. Bu “votçinanı” yox edən isə Kəmaləddin Heydərovun ən yaxın adamlarından biri, yəni Səfər Mehdiyevdir. Lakin maraqlı nüanslardan biri də odur ki, bir çoxları məhz Kəmaləddin Heydərova görə vəzifədən alınsalar da, “fövqəlnazir”ə çox yaxın olan isimlərdən biri hələ də gömrüyün rəhbərliyində çalışmaqdadır. Hətta Səfər Mehdiyev onun vəzifəsini belə yüksəldib. Söhbət gömrükdə və FHN-də hər kəsin Kəmaləddin Heydərovun “adminstratoru”, yəni yeyib-içmək məclislərinin tərtibatçısı kimi tanıdığı Ehtiram Xəlilovdan gedir.

Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi?-


Hazırda Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general mayoru Ehtiram Xəlilovu bu vəzifəyə Səfər Mehdiyev təyin edib. Daha əvvəl isə o, Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib. Lakin harda işləməsindən, yəni hansı kürsüdə oturmasından asılı olmayaraq Ehtiram Xəlilovun əsas vəzifəsi Kəmaləddin Heydərovun özü və qonaqları üçün məclis tərtib etmək olub.

Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi?-


Elə deyilənə görə də Etiram Xəlilovun əsas istedadı da bunula yekunlaşıb. Yəni onun peşəkar gömrükçü kimi elə bir məziyyətləri də yoxdur. General paqonunu da ona elə Kəmaləddin Heydərov hədiyyə edib.

Səfər Mehdiyev Etiram Xəlilovu yanına çağıraraq ya ərizə yazmağı, ya da Kəmaləddin Heydərovla bütün əlaqələri kəsməyi tapşırıb. Ehtiram Xəlilov isə ikincini, yəni Kəmaləddin Heydərovu itirməyi seçib və buna görə də mükafatlandırılıb. Bu yazıda adı keçən vəzifəli şəxslərin iddialarla bağlı mövqelərini dərc etməyə hazırıq. (AzEuroNews.com)
16-11-2018, 13:24
Geri qayıt