AFN.AZ / Mingəçevirdəki enerji qəzasının qarşısı alınmasaydı ötən ilkindən daha ciddi fəsadı olacaqdı-

Mingəçevirdəki enerji qəzasının qarşısı alınmasaydı ötən ilkindən daha ciddi fəsadı olacaqdı-

Mingəçevirdəki enerji qəzasının qarşısı alınmasaydı ötən ilkindən daha ciddi fəsadı olacaqdı-


İyunun 29-da Mingəçevirdə "Azərbaycan" İES-də baş verən qəza kifayət qədər geniş miqyaslı olub.

Bu barədə məlumatı AFN-ə enerji sektorundakı mənbə verib. Bildirilir ki, hadisənin qarşısı vaxtında alınmasa nəticələr ötən ilkindən daha ciddi olacaqdı: "Amma qəzanın sistemə keçməsinin - yəni sistem açılmasına səbəb olmasının qarşısı alınıb. Hazırda "Azərenerji" rəhbərliyi, Energetika Nazirliyinin nümayəndələri hadisə yerindədirlər".
Mənbə bildirir ki, qəzanın baş vermə səbəbi haqda hazırda heç bir açıqlama olmasa da, hadisənin qarşısının alınması ötənilkinə nisbətən təhlükəsizlik tədbirlərinin görülməsidir: "Ötən il də qəza cərəyan transformatorunda baş vermişdi, bu il də. Bu il hadisənin böyüməməsinin səbəbi əks-qəza avtomatikası adlı yeni sistemin qurulmasıdır. Hansı ki, bu sistem məsələn, Mingəçevirdə ES-də qəza olan kimi ümumi sistemdə həmən yükü başqa bir ES-ə ötürür. Hansı ki, irili-xırdalı ölkə ərazisində 30-a yaxın ES fəaliyyət göstərir. Yəni belə bir sistem artıq mövcuddur və sevindirici haldır ki, uğurlu iş qurulub. Lakin qəza şəraitinin hələ də mövcud olması onu göstərir ki, təhlükə hələ tam sovuşmayıb".

Qeyd edək ki, iyunun 29-da Mingəçevirdə "Azərbaycan" İES-də baş verən qəza haqda ilk xəbəri və videogörüntüləri AFN yayıb. "Azərenerji" və FHN hadisəni "xırda texniki nasazlıq" adlandırsalar da, yuxarıda qeyd etdiyimiz məlumatlardan göründüyü kimi, kifayət qədər böyük həcmli qəza baş verib.

Mingəçevir SES-də yanğın başlayıb - VİDEO
1-07-2019, 16:11
Geri qayıt