Məşhurların qeyri - adi hobbiləri-FOTO


Hər bir insanın hobbisi ola bilər. Hollivud ulduzlarının da özünəməxsus qeyri - adi hobbiləri var. Həmin məşhurları təqdim edirik:

[medium]http://afn.az/uploads/posts/2015-08/1439282398_mes1.jpg[/medium]

Məşhur Rokfellerlər nəslinin ən yaşlı nümayəndəsi olan Devid Rokfeller öz həyatını may böcəylərsiz təsəvvür belə etmir. Onun hələ 10 yaşında olarkən may böcəklərinə qarşı sevgisi olub. Kolleksiya yığmaqla yanaşı Rokfeller böcəklərdən bir neçə nadir növünü də üzə çıxarıb.

[medium]http://afn.az/uploads/posts/2015-08/1439282393_mes2.jpg[/medium]

59 yaşlı məşhur aktyor Tom Henksin hobbisi isə daha çox seçilir. Aktyor vintajlı çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyaslnda 300-dən artıq çap maşını var. Bu maşınların arasında aktyorun ən sevimli modeli da var. Bu 1946-cı ilin istehsalı olan "VintageLCSmithCorona" modelidir. Bu modeldən olan çap maşınını, Tom Henks özü ilə səyahətə bir də qaldığı hotelə aparır. Məşhurun kolleksiyasında 1955-ci ilin buraxılışı və qeyri adı sayılan - "Robin’sEgg BlueRoyal QuietDeLuxe" modeli də yer alır.

[img]http://afn.az/uploads/posts/2015-08/1439282417_mes3.jpg[/img]

Sıradakı məşhur xanım aktrisanın da hobbisi maraqlıdır. Aktrisa Demi Mur çini gəlinciklərin kolleksiyasını toplayır. Onun kolleksiyasında, müasir gəlinciklərdən başqa qədimi gəlinciklər də var. Gəlinciklərin sayı həddindən artıq çox olduğundan Murun əvvəlki həyat yoldaşı Brus Uillis onların saxlanması üçün xüsüsi mənzil belə allb. Çini materialdan olan gəlinciklərin hazırlandlğı material yüksək keyfiyyətli olduğundan insan dərisindən az seçilir.

[img]http://afn.az/uploads/posts/2015-08/1439282442_mes4.jpg[/img]

41 yaşlı ispan əsilli kinoaktrisa Penelopa Kruz isə paltarlar üçün simsiz asılqanlarlın kolleksiyasını toplayır.
Asılqanların sayı 500-ə yaxındır. Bundan əlavə aktrisa bacısı ilə birlikdə məşhur "Mango" brendinin dizaynerləri kimi çalışırlar.

[img]http://afn.az/uploads/posts/2015-08/1439282469_mess.jpg[/img]

Növbəti məşhur isə, hollivud ulduzu Coni Deppdir. Onun kolleksiyasında amerikalı yazıçı Cek Keruakanın şəxsı əşyaları var. Bundan əlavə müxtəlif heyvan və böcəklərinin skeletlərini də yığır. Kolleksiyada göyərçin skeletləri, yarasa müqəvvaları da var.

[img]http://afn.az/uploads/posts/2015-08/1439282468_mes5.jpg[/img]

Məşhurlar arasında ən maraqlı hobbisi olan Ancelina Colidi. Hollivud ulduzu nadir və qədimi bıçaqlarla maraqlanır.

Aktrisa müsahibələrinin birində deyib ki, onun təhlükəsiz kolleksiyası uşaqların gözündən uzaq yerdədir. Buna baxmayaraq aktrisa böyük oğlu Meddoksun 7-ci ad gününə kolleksiyasından bir bıçaq hədiyyə edib. Bıçaqlar əsasən ibtidaia və orta əsrlər dövrünə aiddir.

[img]http://afn.az/uploads/posts/2015-08/1439282448_mes6.jpg[/img]

Döyüş filmlərinin məşhur ulduzu, Ceki Çanın hobbisi isə məşhurların aftoqrafları ilə yanaşı, qədimi qapı qıfıllarının kolleksiyasını yığır.

Çoxlarının sevimlisi Ceki Çan Birləşmlş Millətlər Təşkilatının (BMT)-nin xoşməramlı səfiri olmaqla yanaşı, xeyriyyəçilik də edir. Elə bunu da öz sevimli hobbisi adlandırır. O deyir ki, Çin atalar sözlərinə görə, insanın ölümündən sonra onun yaddaşlarda yalnız adı qalır. Amma mən hələ ölməyə hazırlaşmasam da, indidən bilirəm ki, mənim qəbirimin üzərində “Həyatını Kunq-fuya həsr etmiş insan - Ceki Çan” yazılacaq. (ANS)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu