Ən çirkin qadın necə ən cəsarətli qadın oldu?-FOTO


Lizzi Velasges “Dünyanın ən çirkin qadınından- dünyanın ən cəsur qadınına çevrilmə hekayəsi” filminin premyerasına hazırlaşır.

Afn.az Türkiyə mətbuatına istinadən bildirir ki, sözün əsil mənasında bir dəri, bür sümük olan bu xanım filmdə öz həyatını insanlara təqdim edib. 26 yaşlı amerikalı Lizzinın çəkisi cəmi 29 kiloqramdır. O, anadan olduqda bədənində heç bir zaman yağ olmadığı üçün çəki almayıb. 4 yaşında isə o, gözlərindən birində görmə qabiliyyətini itirib.
Uşaqlıqdan yaşıdlarının kinayəli sözləri və baxışları altında böyüdü. Bir gün isə internetdə “dünyanın ən çirkin qadını” olaraq seçilməsi onun üçün lap sarsıdıcı bir zərbə oldu. İnsanlar ona özünü öldürməsini, yandırılmasını məsləhət görsə də, gənc qız bütün bunlara baxmayaraq yaşamağa davam etdi. O, xəstəxana qapılarında vaxt itirməkdən də əl çəkdi. Xəstəliyinin çarəsiz olduğunu qəbul etdi. Ailəsi isə hər zaman oludğu kimi, bu dəfə də onun qərarına dəstək oldu. O, internetdə minlərlə dollar pul yardımı da topladı. O, hazırda insanların təhqir və istehza ilə qarşılanmasına qarşı müxtəlif tədbirlərin keçirilməsində aktiv iştirak edir. O, hər 15-20 dəqiqədən bir yüksək kalorili qidalardan faydalanır. Çəkisi az olduğu üçün insanlar onu diqqətlə gözdən ikeçirirlər.
Xəstəliyi barədə sənədli film çəkən gənc qız ,indi bu barədə kitab da yazır. Lizzi qardaşı, bacisi, ata və anası sayəsində çətinliklərə sinə gərir.

[medium]http://afn.az/uploads/posts/2015-03/1426594200_cir1.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-03/1426594190_cir2.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-03/1426594206_cir3.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-03/1426594261_cir4.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-03/1426594190_cir5.jpg[/medium]

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu