Bəla kasıbı bular-FOTOLAR


Hindistanın Qucerrat əyalətində 34 yaşlı Rameşbay Nandvana uşaqlarının müalicəsinə görə, böyrəyini satmaq qərarına gəlib.

AFN.az Türkiyə mətbuatına istinadən bildirir ki, Yogita (5 yaş ), Anişa (3 yaş) və 18 aylıq Harş artıq çəki xəstəliyindən əziyyət çəkir. Maddi vəziyyəti çətin olan ailədə uşaqların çəki artımı onların yeriməsinə belə mane olur.
Uşaqlardan birinin çəkisi 34, birinin isə 84 kq-a çatır. Ən kiçik 18 aylıq körpə isə 15 kq ağırlığındadır Onların bir həftə ərzində yedikləri ilə eyni kənddə, iki ailə bir ay dolana bilər. Uşaqların çəkisinin artması isə təbii ki, atanı təşvişə salıb. Bununla da o, müalicəyə pul toplamaq üçün böyrəyini satmağa qərar verib.
Maraqlıdır ki, ailənin 6 yaşlı qızı Bhavika isə normal çəkidədir. Onların anası 30 yaşlı Praqna Ber bildiri ki, gününü çox hissəsini mətbəxdə keçirməli olur. Çünki uşaqlar daim aclıq hissi keçirirr və onların qarnını doyurmaq üçün nəsə bişirilməlidir.

[medium]http://afn.az/uploads/posts/2015-04/1429264168_us1.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-04/1429264125_us2.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-04/1429264167_us3.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-04/1429264124_us4.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-04/1429264145_us5.jpg[/medium]

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu