Selfi çəkərkən dünyasını dəyişən 9 insan-FOTOlar


Sefi hazırda dünyanın ən dəbdə olan foto növüdür.

İnsanlar hər yerdə öz fotolarını çəkərək sosial şəbəkələrdə paylaşırlar. Lakin bəzən bunun üçün həyatını təhlükəyə atan insanlar da az deyil.

Selfi çəkərkən vəfat edən 9 insanı təqdim edirik:

[medium]http://afn.az/uploads/posts/2015-06/1433954672_s1.jpg[/medium]

Rumıniyada 18 yaşlı Anna Ursu dəmiryol vağzalında qatarın üzərində selfi çəkdirmək istəyərkən yüksək elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişib.

[medium]http://afn.az/uploads/posts/2015-06/1433954682_s2.jpg[/medium]

23 yaşlı polşalı tələbə Silviya Rayçel İspaniyada Puente-de-Triana körpüsünün üzərində selfi çəkmək istəyərkən 4.5 metr hündürlükdən düşərək ölüb.

[medium]http://afn.az/uploads/posts/2015-06/1433954674_s3.jpg[/medium]

21 yaşlı meksikalı Oskar Otero Aqilar qeyri-adi selfilərin həvəskarı imiş. Bir dəfə tapançanı gicgahına dayayaraq selfi çəkdirmək istədiyi an atəş açılıb...

[medium]http://afn.az/uploads/posts/2015-06/1433954744_s4.jpg[/medium]

Foto həvəskarı olan 17 yaşlı Kseniya İqnatyeva özünə yeni fotoaparat alır. O, fərqli foto çəkdirmək üçün ideal yer kimi dəmiryolunun üzərindəki körpünü görür. Lakn oraya çıxan qız yüksək gərginlikli elektrik naqillərinə toxunduğu üçün həyatını itirir.

[medium]http://afn.az/uploads/posts/2015-06/1433954671_s5.jpg[/medium]

Sevgili olan Ceyms Nikols və Şeyen Hellouey CAR-a istirahətə gedirlər. Yohannesburqun ən hündür yerlərindən olan Nortkliff təpəsində onlar selfi çəkdirmək istəyirlər. Şahidləri sözlərinə görə, cütlük dərənin kənarında dayanır. Miss Hellouey böyük bir daşın üzərinə çıxır, Ceyms isə fotoaparatın ştativini açır. Bu zaman daş sürüşərək qızla bir yerdə dərədən aşağı düşür. Nikols onun arxasıyca qaçaraq təcili yardım gələnə qədər 20 dəqiqə sevgilisinə ürək masajı edir. Lakin səylər nəticə vermir...

[medium]http://afn.az/uploads/posts/2015-06/1433954738_s6.jpg[/medium]

18 yaşlı Oskar Rey cizgi film qəhrəmanının paltarını geyinərək foto çəkdirir. Onu Feysbuka yerləşdirdikdən sonra dostları Oskardan daha ağlasığmaz bir foto gözlədiyini deyirlər. Sabahısı gün Reyin meyidi tualetdə tapılır. O, tualetin qapısından yıxılaraq başını əzir. Çoxlu qan itirdiyindən vəfat edir. Növbəti gün dostları onun xatirəsi üçün Feysbukda səhifə açırlar...

[medium]http://afn.az/uploads/posts/2015-06/1433954736_s7.jpg[/medium]

Mərkəzi Afrika Respublikasında məşhur Banqi yel dəyirmanlarının fonunda selfi edən Cezka Aqas adlı gənc qız qəflətən üzərinə gələn dalğaların qurbanı olur. Xəstəxanaya çatdırılsa da, qızın həyatını xilas etmək olmur.

[medium]http://afn.az/uploads/posts/2015-06/1433954740_s8.jpg[/medium]

Keçən il Portuqaliyada bir ailə ümumi selfi çəkdirmək istəyir. Kabo da Roka uçurumunun kənarında birdən torpaq sürüşür, ata və ana dünyasını dəyişir.

[medium]http://afn.az/uploads/posts/2015-06/1433954763_s9.jpg[/medium]

Repçi Cadiel şəkildə gördüyünüz bu selfini çəkdikdən sonra ölüb. Əsl adı Ramon Qonsales olan Puerto-Rikolu ifaçı motosikl arxasında selfisini çəkir. Foto çəkilir, lakin qarşıdan gələn avtomobili görmədiyi üçün dəqiqələr sonra qəza baş verir. Bədənindəki çoxlu zədələrə görə Cadielin həyatını xilas etmək mümkün olmayıb. (axsham.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu