AFN.AZ / Azərbaycanlı qadınlar daha çox bu peşə sahiblərinə aşiq olurlar-

Azərbaycanlı qadınlar daha çox bu peşə sahiblərinə aşiq olurlar-



Düzdür, insan qarşı cinsdə daha çox fərdi keyfiyyətlərə üstünlük verir. Yəni bir qadının və ya kişinin qarşı cinsin nümayəndəsinə aşiq olması üçün onun mənəvi və fiziki keyfiyyətləri daha çox diqqətçəkən olmalıdır. Lakin bu yöndə insanların peşə seçimləri də az rol oynamırmış.

AFN a24.az-a istinadən azərbaycanlı qadınların daha çox aşiq olduğu peşə sahiblərini təqdim edir. Araşdırmada həm qadınlar arasında aparılmış sorğulardan, həm də sosioloqların qənaətlərindən istifadə olunub.

1. Stomatoloqlar…

Yəqin ki, bir gün əksər gözəl xanımların yolu stomatoloqlardan keçir. Axı gözəl görünməyin 1 nömrəli səbəbi təbəssüm və təbəssümün təməli olan saf dişlərdir. Bu zaman stomatoloqların əlində aciz qalan, onlar qarşısında sıradan çıxmış dişlərlə duran qızlar yəqin ki, həkimdən həm utanır, həm də ona ən məhrəm yerlərindən birini, ağızlarını həvalə edirlər. Stomatoloqların da bəlli iş templəri var; onlar səbirli olurlar, xanımlara narahat olmaması üçün şirin-şirin söhbətlər danışır, bu durumun normal olduğunu anladırlar. Diş müalicəsi uzunmüddətli olduğundan xanımlar bir neçə gün həkimin yanına gəlir, onun bu və ya başqa tapşırıqlarına əməl etmək zorunda qalırlar.

Stomotoloqların sabun qoxulu tərtəmiz əlləri, bəyaz xalatları, tez-tez təzələdiyi əşyalar xanımlara şüuraltı təsir edən məqamlardır. Sanki xanımlar onların qarşısında sıradan çıxmış dişlərlə, həkimlər isə onların qarşısında tərtəmiz əllər və dezinfeksiya edilmiş əşyalarla durur.

Həkimlərin işləri ucbatından xanımların dodaqlarına dəfələrlə toxunması da zərif cinsin nümayəndələrinin onlara aşiq olmasında az rol oynamır. Odur ki, stomatoloqların yanında həmişə çox gözəl qadınlar görə bilərik.

2. Bank işçiləri…

Klassik, şıq geyim, normal fiziki görkəm, səlis nitq, ali təhsil səbirli davranış… Bir qadının aşiq olması üçün kişidə bundan artıq hansı keyfiyyətlər lazımdır ki? Odur ki, azərbaycanlı qadınların ən çox aşiq olduqları peşə sahibləri arasında bank işçiləri ikinci yerdə durur.

3. Təbii ki, şairlər…


Yəqin ki, qəlb titrədən şeirlər, insan övladının yaşam tərzinin kökündə duran sərbəstlik, divanəlik, dağınıq saçlar, rahat geyim və bəlağətli nitq qadınların ürəyinə yol tapan keyfiyyətlərdəndir. Uzun illərdir ki, dəfələrlə şairlərin xoşbəxt ailə sahibi ola bilmədiyi yazılsa da, bu peşə sahibləri qadınların dəli-divanə olduqları insanlar olaraq qalır.

4. Fotoqraflar…

“Bir az gözlərinizi qıyın”, “Gözləyin, saçlarınızı səliqəyə salım”, “Baxın, nə qəşəng düşmüsüz”… Təbii ki, bu ifadələr bəhrəsiz qalmır. Azərbaycanlı qadınların həsədlə baxdıları peşə sahibləri sırasında fotoqraflar 4-cü yerdə gəlir. Amma söhbət işinin peşəkarı olan şəxslərdən gedir. Fotoqrafın bir xanımı necə görməsi onun çəkdiyi fotodan bəlli olur. Azərbaycan reallığında bir xanıma yaxınlaşmaq müşküldən müşkül olsa da, fotoqrafların bu yöndən bəxti gətirib. “Kompütrə atım, sizə yollayaram”dan sonra qızla oğlan arasında bir əlaqə yaranır. “Feysbukda varsız?”, “Bəlkə fotoları “WhatSapp”la göndərim?” və s.

5. Avtomobil ustaları…

İnanmadız, eləmi? Amma bu reallıqdır. Yəqin ki, xanımların heç vaxt yolu düşmədiyi bu məkanlar onlar üçün sirrli bir yer olaraq qalır. Fiziki iş gördüyündən adətən idmançı bədəninə sahib olan avtomobil ustaları, onların mazutlu geyimləri də xanımlarımızın diqqətini çəkir. Unutmayın, xanımlarda bir az qayğı çəkmək istəyi, mozaxizm də yox deyil.
11-05-2017, 19:41
Geri qayıt