Bezos yenidən dünyanın ən varlı adamı olub


“Amazon”un qurucusu Ceff Bezosun sərvəti 884 milyon ABŞ dollar həcmində artaraq 191 milyard ABŞ dollarına çatıb.

“Report” xəbər verir ki, bunu “Bloomberg Billionaires Index”in (BBI) məlumatları göstərir.

Bununla Bezos “SpaceX”in qurucusu İlon Maskı (190 milyard ABŞ dolları) ötərək “Bloomberg”in versiyasına görə yenidən dünyanın ən varlı adamı adına sahib çıxıb.

Xatırladaq ki, Mask yanvarın 7-də Bezosu üstələyərək dünyanın ən varlı adamı ünvanını ələ keçirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu