Ticarət mərkəzində partlayış, ölən və yaralananlar var


Avstraliyanın Pert şəhərində ticarət mərkəzində baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, azı 9 nəfər xəsarət alıb.

APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

İlkin ehtimala görə, ticarət mərkəzində transformator partlayıb. Partlayışdan sonra yanğın başlayıb. Yanğının söndürülməsinə 10 yanğınsöndürmə briqadası cəlb olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu