İrakli Qaribaşvili: “Nika Meliya istənilən vaxt həbsdən azad oluna bilər”


“Nika Meliyanın girovunu ailəsi və ya partiyadaşları ödəyə bilərlər və o, istənilən vaxt, hətta bu gün həbsxanadan buraxıla bilər”.



“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Qaribaşvili brifinqdə jurnalistin müxalifət liderinin həbsi ilə bağlı sualına cavabında deyib.

İ.Qaribaşvili Baş Prokurorluğun məsələ ilə bağlı dəqiq izahat verdiyini bildirib.

Qeyd edək ki, fevralın 23-də Vahid Milli Hərəkat Partiyası sədrinin həbsindən sonra Gürcüstanda siyasi böhran səngimir. N.Meliyanın ödəməli olduğu girovun məbləği 70 min lari təşkil edir. Baş Prokurorluq həbs qətimkan tədbirinin girovla əvəzlənməsi üçün Tbilisi Şəhər Məhkəməsinə müraciət etməyə hazır olduğunu bildirib. Bunun üçün isə məhkəmə qərarı ilə təyin edilmiş girov şərtlərinin yerinə yetirilməsi tələb olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu