ABŞ-da qaradərililərin kilsəsi gülləbaran edilib, 9 nəfər ölüb


Amerikanın Çarlston şəhərindəki (Cənubu Karolina ştatı) kilsələrdən birində atışma baş verib.

Afn.az lenta.ru saytına istinadən xəbər verir ki, hadisə nəticəsində doqquz nəfər qətlə yetirilib. Bu haqda Reuters agentliyi məlumat yayıb. Qətlə yetirilənlər arasında senat üzvü və kilsə təşkilatının rəhbəri Klement Pinkni də var.
Hadisə iyunun 17-də baş verib. Kişi şəhərin qaradərili sakinləri arasında məşhur olan kilsəyə daxil olaraq, atəş açmağa başlayıb. Bundan sonra cinayət yerindən uzaqlaşaraq, aradan çıxa bilib. Polis onun axtarışlarına başlayıb. İlkin məlumatlara görə, atəş açan təxminən 21 yaşlarında ağdərili kişi olub, USA Today xəbər verib.
Hüquq-mühafizə orqanları kilsənin yerləşdiyi məhəlləni mühasirəyə alıb. Polisdən bildiriblər ki, onlara partlayış təhlükəsi ilə bağlı məlumat da daxil olubmuş. Hadisə yeri araşdırılıb və partlayıcı qurğu aşkar edilməyib.
ABŞ prezidentliyinə namizəd Ceb Buş “Cənubi Karolinada baş vermiş faciə” səbəbiylə Çarlstona olan səfərini təxirə salıb, bu haqda The Washington Post nəşri məlumat verib.

Rafiq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu