Tayvanda sərnişin qatarının qəzası nəticəsində 36 nəfər ölüb, 61 nəfər xəsarət alıb


Tayvanda sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.



“Report” xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi informasiya agentliyi bildirib.

Məlumata görə, qəza nəticəsində 61 nəfər xəsarət alıb, daha 72 nəfər qatarların arasında bloklanıb.

Daha əvvəl bildirilib ki, hadisə zamanı 4 nəfər həlak olub, azı 20 nəfər xəsarət alıb.

Qəza yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 5:00-da) Xuayalyan rayonunda tuneldə olub. Hadisə zamanı qatarın 8 vaqonunda 350 sərnişin olub.

Bildirilir ki, ikinci və üçüncü vaqon relsdən çıxıb.

Birinci üç vaqondan artıq 60 sərnişin azad edilib, bununla yanaşı, dördüncü və beşinci vaqona güclü ziyan dəyib, hazırda xilasetmə əməliyyatı aparılır.

07:36

Tayvanda sərnişin qatarının qəzaya uğraması nəticəsində bir nəfər həlak olub, daha iki nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi informasiya agentliyi bildirib.

Qeyd edilir ki, qəza yerli vaxtla təxminən saat 9:00-da (Bakı vaxtı ilə saat 5:00-da) Xuayalyan rayonunda tuneldə olub.

Hadisə zamanı qatarın 8 vaqonunda 350 sərnişin olub.

Bildirilir ki, ikinci və üçüncü vaqon relsdən çıxıb.

Birinci üç vaqondan artıq 60 sərnişin azad edilib, bununla yanaşı, dördüncü və beşinci vaqona güclü ziyan dəyib, hazırda xilasetmə əməliyyatı aparılır.

Agentliyin fövqəladə xidmətlərə istinadən məlumatına görə, “qəza yerində üzərində həyat əlaməti olmayan çoxlu sərnişin var".

"Reuters" agentliyi isə bildirib ki, qəza nəticəsində azı 4 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu