Nikol Paşinyan özünü təcrid edib


“Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 2-dən özünütəcrid şəraitində işləyəcək”.


“Report” xəbər verir ki, bunu hökumət başçısının mətbuat katibi Mane Gevorkyan “RİA Novosti”yə bildirib.

“Aprelin 7-də Rusiya prezidenti Vladimir Putinlə planlaşdırlan görüşlə əlaqədar Nikol Paşinyan bu gündən özünütəcrid şəraitində işləyir. Baş nazirin şəxsi qəbulları və ictimai tədbirlərdə iştirakı gündəlik plana uyğun olaraq davam edir”,- o deyib.

Xatırladaq ki, Nikol Paşinyan aprelin 7-də Moskvaya səfər edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu