Rusiyada koronavirusdan ölənlərin sayı 100 minə yaxınlaşır


Rusiyada son bir gündə daha 8 792 nəfərə COVID-19 diaqnozu qoyulub.

AFN xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 563 056 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 400 nəfər artaraq 99 633-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 186 251 pasiyent sağalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu