Ermənistanda yeni aksiyalar başladı


Ermənistanın paytaxtı İrəvanda bu saatlarda yenidən irimiqyaslı etiraz aksiyası başlayıb. Təşkilatçı yenə də "Talana yox!" vətəndaş cəmiyyəti hərəkatıdır.

Virtualaz.org saytı "Novosti Armenii"yə istinadən xəbər verir ki, aksiya iştirakçıları ölkədə elektrik enerjisinin qiymətini azaltmaqğı tələb edirlər.

Xatırladaq ki, dünən İrəvanda minlərlə insan elektrik enerjisinin bahalaşmasına qarşı nümayişdə iştirak edib. Etiraz aksiyası bu gün səhər saatlarında polis tərəfindən zor gücünə dağıdılıb. 250-dək etirazçı saxlanılıb.

Bugünkü aksiyada iştirak edən etirazçıların əsas tələblərindən biri də son aksiyada həbs edilən fəalların azad olunmasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu