“Türkiyə ilə düşmənçilik dərəcəsi idarə olunmalıdır” - Paşinyan


“Türkiyə ilə münasibətlərdə düşmənçilik dərəcəsi idarəedilən olmalıdır”.


“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

Paşinyan Ermənistan-Türkiyə münasibətləri ilə bağlı mübahisələri başa düşmədiyini açıqlayıb: “Mövzu nədir: türklər bizim düşmənimizdir, ya yox? Bu, bəyanatlarla həll olunmur. Bu, tarixi bir həqiqətdir. Düşmənçilik idarə olunmalıdır və biz bu yolu tutacağıq. İdarəedilməz düşmənçiliyə icazə verilməməlidir”.

Daha sonra “Türkiyə bizim düşmənimizdir, eyni zamanda qonşumuzdur”, - deyən N. Paşinyan sözlərinə belə davam edib: “Düşmənlər yalnız qonşular arasında olur”.

Qeyd edək ki, İrəvan və Ankara münasibətləri mövzusundakı müzakirələr Ermənistanın siyasi rəhbərliyinin bir neçə sensasiyalı açıqlamasından sonra daha da güclənib. Əvvəlcə Baş nazir Nikol Paşinyan bölgədə Ermənistan ətrafında əlverişli bir atmosfer üçün bölgə ilə bağlı baxışları dəyişdirməyin lazım olduğunu söyləyib.

Bir neçə gün sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya verdiyi müsahibədə aparıcının Türkiyənin Ermənistan üçün düşmən bir dövlət olub-olmadığına dair sualını cavablandırarkən “yanaşmalarımıza bəzi düzəlişlər etməliyik”, - deyə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu