İsrail ehtiyatda olan 5 min hərbçini orduya çağırır


İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ətrafında vəziyyətin gərginləşməsi səbəbindən ehtiyatda olan 5000 hərbçini xidmətə çağıracaq.


Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Müdafiə naziri Benni Qantz, Cənub Bölgəsi və Maddi-Texniki Təminat Müdirliyinin qüvvələrini gücləndirmək üçün müxtəlif bölmələrin ehtiyatından olan 5000 hərbçinin səfərbər olunmasına icazə verib",-deyə açıqlamada qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu