Amerika qırıcısı Meksika ilə sərhəddə qəzaya uğradı


ABŞ hərbi hava qüvvələrinə (HHQ) məxsus F-16 qırıcı təyyarəsi Arizona ştatında, Meksika sərhədlərinə yaxın ərazidə qəzaya uğrayıb.

AFN.az lenta.ru saytına istinadən xəbər verir ki, bu haqda NBC News telekanalı məlumat yayıb.
Təyyarə Arizona ştatının Tuson şəhərində yerləşən “Devis-Monten” aviabazasına məxsusdur. Qırıcı bazadan 370 km uzaqlıqda yerləşən Duqlas şəhəri yaxınlığında yerə düşüb. Təyyarənin ekipajının taleyi naməlum olaraq qalmaqdadır, eləcə də qəzanın başvermə səbəbləri də məlum deyil.
Hadisə yeri hərbiçilər tərəfindən əhatəyə alınıb, orada yanğınsöndürən maşınlar işləyir. Telekanalın məlumatına görə təyyarə yerə düşdükdən sonra kiçik meşə sahəsində yanğın çıxıb.
F-16 – dördüncü nəsildən olan ən kütləvi qırıcı təyyarələr hesab olunur və 25 ölkənin HHQ-də həmin təyyarələrdən istifadə olunur. Qırıcı 1974-cü ildə yaradılıb və bir çox hərbi münaqişə zonalarında iştirak edib. ABŞ-da bu tipdən olan 1241 təyyarə istismardadır. Hazırda təyyarə yalnız ixrac üçün istehsal edilir. 2014-cü ilin sonuna kimi bütün dünyada F-16 qırıcıları ilə bağlı ümumi itki 630 təyyarə təşkil edir.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu