Obama növbəti dəfə Putindən Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını tələb edib


ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putin ilə Ukraynadakı münaqişəni müzakirə edib və Rusiya qoşunlarının Ukraynadan çıxarılmasına dair Putinə çağırış edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin açıqlamasında bildirilir.

“Prezident Obama Rusiya qoşunlarının və texnikasının Ukraynadan çıxarılması daxil olmaqla Moskvanın Minsk sazişlərinə uyğun olaraq öhdəliklərinin yerinə yetirilməsinin vacibliyini qeyd edib”, deyə məlumatda bildirilir.

Məlumata görə, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu