Bu il Rusiya 214 hərbi təyyarə və helikopter alacaq


Rusiya hərbi hava qüvvələrini müasirləşdirir

Afn.az TACC agentliyinə istinadən xəbər verir ki, Rusiya hərbi hava qüvvlərini müasirləşdirməkdə davam edir.
Rusiya müdafiə naziri Sergey Şoyqu keçirdiyi selektor müşavirəsində 2015-ci il üçün əhəmiyyət kəsb edən sahələrdən söz açıb. Bildirib ki, bunlardan ən əhəmiyyətlisi hərbi hava qüvvələrinin müasir döyüş təyyarələri və helikopterlərlə təchiz edilməsidir.
Nazir cari ildə hərbi hava qüvvələrinə 126 təyyarə və 88 helikopter alınacağını söyləyib.
“Hərbi hava qüvvələrinin müasir silahlarla təchizatı 33 faizə, sazlıq baxımından isə 67 faizə çatdırılması nəzərdə tutulub”, - nazir belə deyib.
Bundan əvvəl verilən məlumatda isə ötən ilin Rusiya hərbi qüvvələri üçün aviasiya texnikası alınması baxımından rekord il olduğu bildirlimişdi. Ayrıca olaraq müdafiə nazirliyi 108 yeni təyyarə almışdı.
Rafiq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu