Yerevanda həbslər başladı-YENİLƏNİB


İrəvanda etiraz aksiyasının dağıdılması zamanı 40-50 fəal həbs edilib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu etirazçılardan biri - Maksim Sarqsyan deyib.

O, ən azı 40-50 nəfərin saxlanıldığını, ancaq onların sayları barədə dəqiq məlumatı olmadığını qeyd edib: "İndi onların haraya aparıldığını dəqiqləşdiririk. Bundan sonra gələcək fəaliyyətimizlə bağlı qərar verəcəyik".

Qeyd edək ki, hazırda Baqramyan prospektində hərəkət bərpa olunub, səkilər əvvəlki kimi polis əməkdaşlarının nəzarəti altındadır.


***

Ermənistan paytaxtı Yerevanın Baqramyan prospektində polis barrikadanı dağıtmağa başlayıb.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Qeyd edək ki, Ermənistan polis aksiya iştirakçılarına Bakı vaxtı ilə 13.30-dək vaxt vermişdi. Hazırda aksiya iştirakçıları polisə müqavimət göstərir.

Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirdilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu