NATO-ya üzvlük Ukraynaya aid məsələdir


Ukraynanın NATO üzvlüyü ilə bağlı ərizəsinə hər hansı bir başqa ölkənin mövqeyindən asılı olmayaraq baxılacaq.

AFN.az lenta.ru saytına istinadən xəbər verir ki, HATO baş katibi Yens Stoltenberq Ukraynanın “Ukrinform” nəşrinə müsahibəsində belə bəyan edib.
“Bu birbaşa Ukraynaya aid olan bir məsələdir. Əgər Ukrayna NATO üzvlüyü ilə bağlı ərizə verərsə, həmin ərizə üzvlüklə bağlı digər ölkələrdən daxil olan ərizələr kimi dəyərləndiriləcək”, - Stoltenberq belə söyləyib.
Bununla yanaşı, baş katib qeyd edib ki, üzvlük məsələsinə ərizə verən ölkə və NATO üzvü olan dövlətlərdən başqa heç bir ölkə qarışa bilməz. “Bu, yalnız Ukrayna və NATO üzvü olan 28 dövlətə aid bir məsələdir... Bu, təməl prinsipdir, hər bir millət öz yolunu seçə bilər, o cümlədən təhlükəsilik məsələlərində də”, - deyə, o qeyd edib.
Stoltenberq eyni zamanda Rusiyanı Donbasdakı yaraqlıları silahla təchiz etdiyinə görə növbəti dəfə ittiham edib. Onun sözlərinə görə son aylarda Moskva qondarma respublikalara “mindən artıq ağır silahlar göndərib”. NATO baş katibinin söylədiyinə görə bu məlumatlar, Alyans üzvü olan ölkələrin kəşfiyyatları və o cümlədən KİV-lər tərəfindən təsdiq edilib.
Stoltenberq həmçinin bəyan edib ki, rus qoşunları həm Ukraynada, həm də Ukrayna sərhədləri boyunca yerləşiblər. Eyni zamanda NATO-nun baş katibi konkret rəqəm çəkməyib, onun sözlərinə görə bununla bağlı məlumatlar “fərqlidir”.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu