Omskda hərbi təlim mərkəzinin korpusu uçdu: 10 ölü, 19 yaralı


Rusiyanın Omsk şəhərində hərbi təlim mərkəzinin korpusu uçması nəticəsində on nəfər ölüb, 19 hərbçi isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Trend xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Hadisə zamanı hərbi mərkəzdə ümumilikdə 337 nəfərin olduğu bildirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Hazırda xilas edilən hərbçilərə lazımi tibbi yardım göstərilir.

Dağıntılarda Hava Desant Qoşunu təlim mərkəzinin hərbçiləri və dəmiryol briqadası işləyir.

Hadisənin başvermə səbəblərinin araşdırılması üçün Sergey Şoyqunun əmri ilə Omsk şəhərinə Rusiya Müdafiə Nazirliyinin komissiyası yola düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu