Öldürdüyü sevgilisinə yenə atəş açdı

Afn.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, mübahisənin böyüdüyünü görən gənc maşını saxlayır. Sevgililər avtomobildən düşən kimi İbrahim qızı döyməyə başlayıb. Qız çantası ilə oğlanın başına vurmağa başlasa da, bu onu xilas etməyib. Bu dəfə gənc avtomobildən götürdüyü silahla qıza iki dəfə atəş açıb. Sonra ordan uzaqlaşan İbrahim qayıdaraq, yerdə uzanan xanıma bir daha atəş açıb. Polislər qatil sevgilini hadisə yerindən bir qədər aralıda yaxalayıb.
NÜŞABƏ
Diqqətinizi çəkə biləcək digər xəbərlər