Obama qucağa qalxdı, iPhone ilə bacarmadı


Milli.Az ABC-yə istinadən bildirir ki, seçkiqabağı turne çərçivəsində o, "Big Apple Pizza & Pasta" restoranına baş çəkib.

Demokrat prezidenti görərkən çox sevinən restoran sahibi Skott van Dazer sevincindən nə edəcəyini bilməyərək qaradərili dövlət başçısını möhkəmcə qucaqlayıb və Obamanın ayaqlarını yerdən üzüb.

Çəkisi 113 kq, boyu isə az qala 2 metr olan restoran sahibi Obamanı qucağından yerə buraxandan sonra Birləşmiş Ştatların prezidenti deyib: "Siz hələ buna baxın! Olmaya pauerliftersiniz?! Skott, icazə verin deyim ki, indiyədək gördüyüm pisseriya sahibləri arasında ən böyüklərindən birisiniz. Sizin pizzanı yesəm, sizin təki ola bilərəm?"

Van Dazer əməkdar qan donorudur. Bunu Barak Obama da da vurğulayıb.

"Yaxşı yaşayan və insanlara yardım etməyi unutmayan insan misalı bax budur. Bu oğlanın böyük əzələləri ilə yanaşı, böyük ürəyi də var", - Obama deyib.

Demokrat Partiyanın Floridadakı seçkiqabağı təbliğat kampaniyasının mərkəzi ofisində, Port-Sent-Lüsidə isə Barak Obama iPhone smartfonunun öhdəsindən gələ bilməyib.
Volontyor qız köməyə çatmasaydı, Obama zəng vura bilməyəcəkdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu