AST Telmanın adı "uşaq kamasutrası" qalmaqalında

Xəbərin çap versiyası
Tarix: 19-09-2012, 04:16    |    Xəbər oxunub: 0 dəfə
AST Telmanın adı Valideynlər "seks dərsliyinin" yaradıcılarının üzr istəmələrinə nail olub

Azərbaycanlı iş adamı Telman İsmayılovun adı "uşaq kamasutrası" qalmaqalında hallanır. ANS PRESS-in Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, biznesmenin "AST" holdinginin bir hissəsi olan nəşriyyat evinin çap məhsulu - azyaşlı məktəblilər (8-11) üçün seks-ensiklopediya ətrafındakı qalmaqal səngimək bilmir. Kitabdakı açıq-saçıq rəsmlərdən və qadağan olunmuş mövzulardan qəzəblənən Yekaterinburq sakinləri prokurorluğun müdaxiləsi olmadan "seks dərsliyinin" yaradıcılarının üzr istəmələrinə nail olub.

Düzdür, buna qədər ölkə prezidentinə və uşaq hüquqlarını qoruyan təşkilatlara yazmaq lazım gəlib. “Ural Valideyn Komitəsi”nin Rusiya Uşaq Ombudsmanına müraciətindən sonra seksual məzmunlu rəsmləri olan kitab mağazalardan yığışdırılmağa başlanıb. Valeriya Fadeyevanın müəllifi olduğu və 2011-ci ildə buraxılmış "Mənim bədənim necə böyüyür?" ("Как взрослеет мое тело") kitabının təkrar çapına qadağa qoyulub. Həmçinin tirajın satılmayan hissəsinin məhvinə qərar verilib.

Qeyd edək ki, sözügedən ensiklopediyada Seksual münasibət", "Böyüklər məhəbbətlə məşğul olarkən nə edirlər?", "Məhəbbətlə məşğul olmaq və uşağın döllənməsi - bunlar eyni şeylərdir", "Spermatozoid", "Yumurtadan embrionadək", "Homoseksuallıq", "Özünə sevgi" kimi başlıqlar yer alır. Valideynlər bu siyahıya pedofilliyi və zorakılığı da əlavə edirlər.

Prokurorluğa şikayətdən sonra artıq “AST” nəşriyyatı və kitabın müəllifi cinayət məsuliyyətinə cəlb oluna bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur