İrəvanda ara yenə qarışır


"Dur, Ermənistan" vətəndaş hərəkatının fəallarına İrəvanın mərkəzində Azadlıq meydanında oturaq aksiya keçirməyə icazə verilməyib.

Aksiyaçılara yaxınlaşan İrəvan polis rəisinin müavini Valeri Osipyan fəallar Andrias Qukasyan və David Sanasaryana Azadlıq meydanının başqa sahəsində nümayişə başlamağı təklif edib. "Sizin nümayişinizə icazə verilməyib, biz sizin burada aksiya keçirmənizə imkan verməyəcəyik", - deyə Osipyan bildirib. Polis nümayişçilərə düşünmək və yerlərini dəyişmək üçün vaxt verib.(ANS)
Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı çıxan “Qalx, Ermənistan” hərəkatı İrəvanın mərkəzindəki Respublika meydanında 72 saatlıq oturaq piket keçirməyə qərar verib.

APA-nın “NEWS.am”-a istinadən verdiyi xəbərə görə, hərəkatın bununla bağlı yaydığı bəyanatda bildirilir: “Serj Sarkisyanın 27 iyun tarixli çıxışından bir ay keçməsinə baxmayaraq, elektrik enerjisi tariflərinin artırılması məsələsi hələ də nizamlanmamış qalmaqdadır”.

Bu səbəbdən “Qalx, Ermənistan” vətəndaş təşəbbüsünün Şurası bu gün axşam saatlarından etibarən 72 saatlıq oturaq piket keçirməyə qərar verərək Baqramyan prospektindəki aksiyalar zamanı səsləndirilən bütün tələbləri yenidən irəli sürür”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu