Rusiya XİN: ABŞ MDB məkanında interqasiya prosesinə mane olmağa çalışır


“ABŞ MDB məkanında inteqrasiya prosesinə mane olmağa çalışır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi ənənəvi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

“ABŞ siyasətinin məğzi sadədir - MDB məkanında təbii inteqrasiya prosesinə maneə olmaq, Ukrayna və digər qonşuları Rusiyadan qoparmaq. Öz tərəfimizdən müvafiq nəticələr çıxarmışıq və çıxarırıq. Vaşinqtonun fəaliyyəti Rusiya-ABŞ münasibətlərini məqsədli çəkildə dalana aparır. Bu dalandan çıxmaq çox vaxt aparacaq. Lakin bu seçimi ABŞ administrasiyası edir. Məsuliyyəti onlar daşımalı olacaqlar”, - deyə o vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu