Türk hərbiçiləri yenidən terroçuların hücumuna məruz qaldı


Türkiyənin PKK və İŞİD qarşı əməliyyata başlamasından sonra terror təşkilatları ölkənin müxtəlif yerlərində hadisələr törədir.

Xüsusilə, hərbçilər terrorçuların hücumlarına məruz qalırlar. PKK terror təşkilatının Ağrı vilayətinin Doğu Bəyazid rayonunda raket hücumu nəticəsində iki hərbçi ağır yaralanıb. Onlardan birinin həyatına təhlükə olduğu bildirilir.

Ərzurumun Xorasan rayonunda isə gizir Nazim Altun xidmət etdiyi hərbi hissəyə gedərkən avtomobili atəşə tutulub. Terrorçulara cavab atəşi açan hərbçi ağır yaralanıb, hadisəni törədənlər isə qaçmağa nail olublar.

Apa



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu