Deputat 16 il müddətinə azadlıqdan məhrum edilib


Dağıstan Xalq Məclisinin deputatı Məhəmməd Məhəmmədov və onunla əlbir olan şəxslər dələduzluq, zorla ələ keçirmə və digər cinayətlərə görə 6 ildən 16 ilədək azadlıqdan məhrum edilib.

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin yaydığı məlumatda deyilir.

Məhkəmə müəyyən edib ki, M. Məhəmmədov 2011-ci ildə qardaşı Ruslan Məhəmmədov, Xunzax rayonu məclisinin deputatı Ruslan Məmmədov və "Vitas Bank" Mahaçqala filialının direktor əvəzi Murad Kaziaxmedovun daxil olduğu quldur dəstəsi yaradıb.

Məhkəmənin hökmü ilə M. Məhəmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 16 il müddətinə, onunla əlbir olan şəxslər isə 6-6,5 il müddətinə azadlıqdan məhrum edilib.

Apa



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu