İsrailli generalı biabır etdilər


“Avropa Parlamentinə əliqanlı adamlar daxil ola bilməz”


İsrailin “middleeastmonitor.com” saytının yaydığı xəbərdə deyilir ki, Avropa Parlameti İsraildən olan general-mayor Youv Mordexin bu təşkilatı ziyarət etməsinə imkan verməyib. Paralamentin solçu deputatları generalı “əliqanlı” olduğuna görə cəzalandırıblar.
Bu barədə məlumatı Şimali İrlandiyadan olan deputat Martina Anderson verib. Sözügedən general İsrail hərbçilərinin Fələstin ərazilərində keçirdiyi əməliyyata rəhbərlik edən yüksək rütbəli hərbçilərdən biridir. O, həmçinin elit hərbi birləşmənin komandiridir.
M.Anderson həmçinin İsrail hökuməti ilə Avropa Parlamenti arasında Fələstinlə başlı məsələlərə görə də məsul şəxs sayılır. Ancaq onun vizası səfərə bir neçə gün qalmış ləğv edilib.
Portuqalaiyadan olan deputat Marisa Matias parlamentdə solçuları və yaşılları birləşdirəm qrupun nümayəndəsidir. O, deyib ki, bizim Youv Mordexə viza verməyimiz onun hərəkətlərinə, törətdiyi zoraklığa bəraət qazandırmaq anlamına gələrdi. Bu isə beynəlxalq hüquqa və insan haqlarına qarşı sayqısızlıq olardı.
Nümayəndə bundan başqa bilrib:: “Belələrinə isti qəbul təşkil edincə, Avropa Birliyi İsraildən tələb etməlidir ki, bu ölkə beynəlxalq qanunlara hörmət etsin və BMT-nin çıxardığı qərarlara sayğı göstərsin. Biz işğal olunmuş Fələstin torpaqlarında zoraklıq törədənləri məhkəmə qarşısına çıxarmalıyıq”.
Deputat Martina Anderson bundan başqa deyib ki, biz israilli generalın gəlişinə nədən icazə vermədiyimizi açıq şəkildə bəyan etməliyik: “Avropa Parlamentinə əliqanlı adamlar daxil ola bilməz”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu