Yəməndə törədilən terror aktında 9 hərbçi ölüb


Yəmənin cənub-şərqində terror aktı baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadze avtomobillə nəzarət-keçid məntəqəsinə daxil olduqdan sonra güclü partlayış baş verib.

İnsident Hadramaut əyalətindəki Koton şəhəri yaxınlığında qeydə alınıb. Məlum olduğu kimi, əyalətdə “Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmasının özəyi fəaliyyət göstərir.

Lakin hələ ki, heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu